Bu da Azərbaycanın intim-simvolu - Foto

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 11944
Paylaş:
Səs ver:
(səs: 1)

Klipmeykerliklə yanaşı arada prodüserlik edən Zorik Azərbaycanın intim-simvolunu kəşf edib.

 

Daha doğrusu, Zöhrab Ağayev açıq-saçıq fotosessiyaları ilə gündəmə gələn gənc müğənni Sehrini öz himayəsinə alıb. Bundan sonra Sehrini öz yeni layihəsi kimi tamaşaçılara təqdim edəcəyini söyləyən prodüser müsahibəsində müğənni ilə bağlı planlarından danışıb:

"Qorxmadan deyə bilərəm ki, bizim estradamızda bu gözəllikdə ikinci xanım sənətçi yoxdur. Sehrinin yeni fotosessiyasında siz özünüz bunun şahidi olacaqsınız. Bu fotosessiyada mən onu qapadım. Yəni açıq-saşıq deyil, qapalı geyimdə çox gözəl çəkiliş etdik. Mən bu qızı görəndə gözəlliyinə valeh oldum. Bu qız doğrudan da əsl intim-simvoldur. O özünü intim-simvol adlandıran qaşı-kipriyi qoyma, dodağı şişirtmə olan çoxlarına meydan oxuyacaq. Mən Sehrimlə görüşdüm və gördüm ki, qaşı, kipriyi, saçı, dodağı, bir sözlə hər şey özünündür, yəni təbiidir. Sehrinin səsi də heç bir müğənnimizin səsindən geri qalmır. Bizim mənəm-mənəm deyən min müğənnimizdən yaxşı oxuyur. Və mən başa düşdüm ki, təbii gözəlliklə istedadını birləşdirib çox gözəl performanslar göstərə bilərik. Gözləyin, tezliklə sizi təəccübləndirəcəyik. "Geriyə dön" adlı çox gözəl, çox maraqlı mahnı və maraqlı kliplə partlayış edəcəyik".

loading...
(səs: 1)
Şərhlər:
Baxılıb: 11944
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv