Bəy öz toyuna gəlmədi - FOTOLAR

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 1626
Paylaş:
Səs ver:
(səs: 2)
Türkiyənin Hakkari vilayətində müqaviləli peşəkar zabit kimi xidmət edən bəy yol təhlükəsizliyi səbəbilə toyuna yetişməyincə, mərasim onsuz keçirilib. 25 yaşlı çavuş Ahmet Karavelioğlunun atası Hamza Karavelioğlu deyib ki, toy qohumlarının iştirakı ilə davam etdirilib.

Oğlunun 3 ildir çavuş kimi xidmət etdiyini və 1 il əvvəl nişanlandığını söyləyən Karavelioğlu terrorun heç kimə fayda vermədiyini vurğulayıb: "Ən xoşbəxt günündə oğlum yanımda yox. Oğlum toy tarixinin dəqiqləşməsinə və dəvətnamələr paylanılmasına baxmayaraq, Hakkaridə avtomobil yolunun etibarlı olmaması səbəbindən mərasimə qatılmayıb. Terror bəlasının Türkiyə Cümhuriyyətinin ərazisindən getməsini istəyirəm".

Ana Fatma Karavelioğlu isə oğlunun öz xoşbəxt günündə gəlinin yanında olmadığını və vətəni qoruduğunu deyib: "Oğlum yoxdur, amma nə edək, əlimizdən gələn bir şey yoxdur. Özü olmadan toy etmək məcburiyyətində qaldıq. Qızımla fəxr edirəm. Terror bəlasının bitməsi ən böyük istəyimdir".

Qayınatası Mustafa Qaraoğlan da terrorun insanları ən xoşbəxt anında bədbəxt etdiyini bildirib: "Gözəl ölkəmizdə terror bitsin. Bunun heç kimə faydası yoxdur. Lənət olsun terrora. Xoşbəxt günümüzdə əlimizi yanımızda görmədik. Qızımın ən xoşbəxt anında nişanlısı yanında ola bilmədi. Vətən sağ olsun".

Bəyin yanında olmamasına təəssüfləndiyini bildirən gəlin Fatma Karavelioğlu da "Vətən sağ olsun" deyərək göz yaşı töküb.

Dayısı Ahmet Sərracın qoluna girərək, ata evindən ayrılan gəlin Fatma Karavelioğlu, üzərində türk bayrağı və çiçəklə bəzədilən gəlin maşınına təkbaşına minərək, yeni evinə yola salınıb.

Bəyə aid stulun boş qaldığı toy mərasimində gəlin həyat yoldaşının şəkilini qucağına alaraq göz yaşı töküb. 3 gün davam edən toyda dəvətlilər gəlinlə birlikdə oynayıb halay çəkərək əyləniblər.

 


loading...
(səs: 2)
Şərhlər:
Baxılıb: 1626
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv