“Miss Bikini Azərbaycan” təmsilçisindən yeni – FOTOSESSİYA

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 2 020
Səs ver:
(səs: 1)
Modelin boyu 174 sm, yaşı 24-dür.

Xəbər verdiyimiz kimi 18 oktyabr - 10 noyabr tarixləri arasında Çinin paytaxtı Pekin şəhərində "Miss Bikini Universe 2015” beynəlxalq  model müsabiqəsi keçiriləcək.

Azərbaycanı təmsil edəcək model Pərvin Həsənzadə və tanınmış fotoqraf Vasif Əliyev birlikdə yeni fotolayihə ərsəyə gətiriblər.

Bu yaradıcı görüş Pərvinin Bakıya son gəlişinə təsadüf edib.

"Çox modellərlə çalışmışam, amma Pərvinin peşəkarlığı göz qabağındadır. Düşünürəm ki, ölkəmizin bayrağını Pekində layiqincə dalğalandıracaq”, - deyə Vasif Əliyev vurğulayıb.

Qeyd edək ki, Pərvin Həsənzadə Rusiyada peşəkar model kimi fəaliyyət göstərir.

Bu, təmsilçimizin ilk beynəlxalq yarışı deyil. O, "Miss Eurasia 2014”, "Miss Bikini MDB 2014”,  "Miss Asia 2014” müsabiqələrinin qalibidir. Modelin boyu 174 sm, yaşı 24-dür.

Xatırladaq ki, müsabiqənin beynəlxalq direktoru World Beauty Congress-in prezdenti Zamir Hüseynov, Azərbaycan üzrə təşkilatçısı Aqil Məmiyevdir.

 

 

 

(səs: 1)
Şərhlər: 8
Baxılıb: 2 020
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri