Aysel Əlizadə: "Məni ərə verib, boşatdırdılar"

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 4 067
Səs ver:
(səs: 1)
Müğənni Aysel Əlizadə barəsində yayılan şaiyələrə nöqtə qoyub.

10lara açıqlama verən sənətçi daha çox şəxsi həyatının müzakirə edildiyindən danışıb:

"Məni ərə də "verdilər", "boşatdılar" da, hətta ana da "etdilər". Çox şayiədən hamıdan sonra xəbər tuturam. Şəxsi həyatımın müzakirəyə çıxarılmasını istəməmişəm. Maraqlı deyiləm. Özümü güclü insan hesab edirəm. Hansısa bir durumda depressiyaya düşsəm, bu az davam edir. Depressiyada olanda nə saçımı kəsdirirəm, nədəki rəngini dəyişirəm. Həmin an özümü daha güclü hiss edirəm. Kiminsə gözü önündə aciz görünməyi sevmirəm. Başımı hər zaman dik tutmuşam. Bəlkə də, daxilən yıxılıram, amma bunu biruzə vermirəm. Depressiyaya çox düşmüşəm, amma çıxmağı da bacarıram".

Aysel onu gözü götürməyənlərdən danışdı. Həmin insanları yaxşı tanıdığını qeyd etdi.

"Həmin insanlar heç bir vaxt məni gözü yaşlı görə bilməyəcək" - deyən Aysel bir-birinin ardınca maraqlı sənət işləri təqdim edəcəyini vəd etdi.
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 4 067
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri