Müsəlman model özünü asdı - ərə getməmək üçün

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 2 756
Səs ver:
(səs: 1)
İngiltərədə yaşayan 24 yaşlı müsəlman model ailəsi tərəfindən məcburi evləndirilmə qorxusu ilə özünü asıb.

Pakistan əsilli Nadia Menazın meyiti yaşadığı evdə tapılıb. Model və toy təşkilatçısı kimi fəaliyyət göstərən Menaz 5 ay əvvəl ailəsinin onu zorla evləndirməkdən vaz keçməsi üçün məhkəmə qərarı çıxarmışdı.

Ölümü ilə bağlı açılan cinayət işində qızın valideynləri ilə arasının çox gərgin olduğu, intihardan əvvəl depressiyaya girdiyi, saçlarını tamam kəsdirdiyi məlum olub. Yeniyetməlik dövründə polis olmaq istəyən N.Menaz 16 yaşında ailəsi ilə yaşadığı evdən çıxaraq modellik etməyə başlayıb.

2010-cu ildə 25 yaşlı Rəsulla tanış olan model bir il sonra ailəsindən gizli ona ərə gedib. Lakin ata-anası Rəsulu heç vaxt qəbul etməyərək qızlarını başqasına ərə vermək istəyiblər. Bir uşaq anası olan Nadia isə söz-söhbətdən bezərək intihar edib.
(səs: 1)
Şərhlər: 11
Baxılıb: 2 756
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri