Evli kişi qaçırdığı 19 yaşlı qızı öldürdü - Tərtərdə ailə dramı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 4 285
Səs ver:
(səs: 5)
O, qaçırdığı qızı birinci həyat yoldaşı ilə yaşadığı evə gətiribmiş

Tərtərdə qətl hadisəsi baş verib. Rayonun 29 yaşlı sakini Zeynalov Fərid İntiqam oğlu bir neçə gün əvvəl evlənmək məqsədi ilə qaçırdığı 19 yaşlı Qurbanova Tofiqə Məhəmməd qızını öldürüb.
 
Tərtər Rayon Prokurorluğundan bildirilib ki, istintaqa məlum olan ilkin məlumatlara görə, F. Zeynalov ailəli olub və qaçırdığı T. Qurbanovanı birinci həyat yoldaşı ilə yaşadığı evə gətirib. Onlar bir yerdə yaşayıblar. Bu gün isə qadınlar arasında mübahisə düşüb. Mübahisə davaya çevrilib. Bu zaman F. Qurbanov qaçırdığı qızı boğaraq öldürüb.
 
Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.
(səs: 5)
Şərhlər: 9
Baxılıb: 4 285
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri