"Paramparça"nın aktrisası: "Uşağımıza görə görüşürük - FOTOSESSİYA + müsahibə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 318
Səs ver:
(səs: 1)
"Hürriyet" Qurban bayramına görə məşhurlarla geniş müsahibələr hazırlayıb.

Hazırda "Paramparça" serialında Gülseren obrazını canlandıran Nurgül Yeşilçayla müsahibəni ixtisarla təqdim edir.

- Yeni mövsümdə Gülsereni nələr gözləyir?
- Bu mövsüm Gülserenle Cihanın sevgisi daha qabarıq olacaq. Keçən il sevgilərinə sadəcə giriş etmişdik. Heyətimiz möhtəşəmdir, Barış Falay da aramıza qatıldı. Ssenarini oxuyuram, çəkirik, baxanda yenə hisslərə qapılıram.

- Həftədə neçə gün çəkiliş edirsiniz?
- Altı gün. Amma rejissorumuz işini bilən adam olduğu üçün xoşbəxtəm. Nə çəkəcəklərini əvvəlcədən bilirlər. Başqa seriallarda çəkilən dostlarım deyir ki, siz saat 6-da bitirirsiniz, biz isə səhərə qədər çəkiliş meydançasında oluruq.

- Serialların vaxtının uzun olmasına necə baxırsan?
- Təbii ki, qısalmalıdır. Çünki izləyəndə bəzən adamı sıxır. İlk dəfə seriallara çəkiləndə hər seriya 55-
60 dəqiqə idi. Sonra get-gedə uzanmağa başladı. 80 dəqiqəlik seriyaları "Asmalı konak"la biz başlatdıq. İndi isə qarşısını ala bilmirik.

- Ssenari müəlliflərinə "bu alınmadı, necə edəcəyik?" deyirsənmi?
- Hə. "Paramparça"nın bir seriyasında Hazalla ikimiz avtomobil qəzası keçirib taksinin altında qalmışdıq. Mən ssenariyə görə, Allahın verdiyi güclə taksini qaldırmışdım. Əslində, Gülseren bunu edə bilməz, amma Cihan edə bilər. O, seriyanı oxuyanda əvvəl qəribə gəlmişdi, amma yenə də çəkməli olduq.

- Müəllifləri tənqid edə bilirsiniz?
- Hə, gedirik danışırıq. Tənqidə açıqdırlar.

- Bir gün Dilara tipli obraz oynaya bilərsən?
- Mənə Gülseren daha çox yaraşır. Amma Dilara kimi obrazı da oynamaq istəyərdim, çünki pis qadını canlandırmaq əyləncəlidir. Mən istəsəm də, rejissor istəyərmi? Gözlərim məsum-məsum baxır. Alınmaz. (gülür)

- Övladınla bağlı plan quran analardansan?
- Hər şeyi axarına buraxıram. Uşağın istedadı nəyə varsa, üzə çıxmalıdır. Nejat hər şeyi yoxladı, idmana getdi. İndi bir neçə məşğuliyyəti var, onun arxasıyca gedir.

- Keçmiş həyat yoldaşın Cem Özelə münasibətiniz necədir?
- Yaxşıdır. Pis ola da bilməz. Uşağımız var, 6 il bərabər olmuşuq. Çox da olmasa, görüşüb söhbət edirik.

- Hansı aktyorla yenidən çəkilmək istərdin?
- Özcan Denizlə. "Asmalı Konak"ın davamı kimi olmasa da, nəsə olmalıdır. Yenidən eyni layihədə olacağımızı hiss edirəm.

- Sizcə sevgi müasir dövrdə şəklini dəyişib?
- Amma hissiyatı eynidir, insan olduğu qədər sevgi də olacaq. Yaşamaq şəkli isə dəyişəcək, bu, normaldır. Əvvəllər sevgi olmayan şeylərə biz sevgi deyirik. Nənə-babalarımız 60 il necə bərabər yaşayıb? Həsəd aparırıq, amma o, əvvəldə sevgi ola bilər, sonrasında məcbur olduqları üçün yaşayıblar. O vaxt ayrılmaq çətin idi.

- Sosial mediada kəskin təriflərlə yanaşı tənqid, təhqir də olur...
- Mən məşhuramsa, qaşım, gözüm, fikirlərim, geyimin haqda hər kəs yaza bilər. Çox sevənim də olacaq, sevməyənim də. Amma indi insanlar sözlərlə bir-birini asanlıqla öldürə bilir. "Uşağın ölsün" də deyən olacaq, çünki "öldürməyə" öyrəşiblər.

- Bir ara xaricə çıxmaq şansın vardı...
- Yeni ana olmuşdum, evli idim, karyeram da yaxşı idi. Ona görə riskə getmədim. Amma indi olsa, gedərəm.

- Təkrar evlənərsən?
- Evlənərəm, işin pis tərəfi də odur (gülür).

 

 

 

(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2 318
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri