Mətanət: "Övladım mənim üçün hər şeydən önəmlidir" - fotolar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 4 926
Səs ver:
(səs: 1)
ATV-nin aparıcısı Mətanət Əliverdiyeva "Mənim mətbəxim" verilişindən uzaqlaşmasının səbəbini açıqlayıb.

O, vaxt çatışmazlığından şikayətlənib:

"Mənim heç evdə yemək bişirməyə marağım və vaxtım yoxdur. Mətbəxdə peşəkarlar olmalıdır. Bu verilişdə isə sadəcə aşpazın yanında dayanıb, nəyisə öyrənirdim. Həm də işlərim çoxdur: serial, radioda aparıcılıq və yeni veriliş. Mən efirə çıxmaya bilərəm, amma radiosuz qala bilmərəm. Oğlum bu il birinci sinfə gedir. Ona da vaxt ayırmalıyam. Övladım mənim üçün hər şeydən önəmlidir".

M.Əliverdiyeva hər zaman açıqsözlü olduğunu deyib:

"Məni dəyişmək mümkün deyil. Hər zaman sözün düzünü insanın üzünə demişəm. Kiminsə üzünə gülüb, arxasınca danışmamışam. Verilişimdə də olub ki, sözümü qonağın üzünə demişəm. Məndən inciyənlər də olub. Kimisə təhqir etmirəm. Nəsə irad bildirəndə ona qulaq asıb, dərs götürmək lazımdı.

M.Əliverdiyeva aldığı yeni serial təkliflərindən də danışıb:

"Hazırda "Qız atası" serialında çəkilirəm. Başqa təkliflər gəlir. Yayda isə İlham Qasımov çəkdiyi "Oğlan evi" filmində epizodik rol aldım. Yalnız Fərdanın (aktyor Fərda Xudaverdiyev - red.) gözünə görünürdüm. Hündürdaban ayaqqabı ilə Fərdanın arxasınca qaçırdım. Hətta yol polisinin motosikletini də sürdüm. Çox gülməli filmdir. Bu yaxınlarda da bir filmə dəvət gəlmişdi, razılaşmadım. Həmişə komediya filmlərinə dəvət alıram. Məni tanıyanlar bilir ki, eyni zamanda ciddi xanımam. Dramatik obrazları da gözəl oynayıram".

 

 

 

 

 

(səs: 1)
Şərhlər: 10
Baxılıb: 4 926
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri