Elnurun qalib olduğu gecə dava düşüb - Acundan açıqlama

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 499
Səs ver:
(səs: 0)
"O səs Türkiyə” yarışmasının yeni mövsüm buraxılışı ötən gün yayıma başlayıb.

TV 8-də efirə gedən müsabiqədə maraqlı anlar yaşanıb. Belə ki, proqramın aparıcısı Acun İlıcalı ötən mövsüm birinci olan həmyerlimiz Elnur Hüseynovla bağlı açıqlama verib.

O, münsif kürsüsündə əyləşən müğənni Gökhanın Elnur qalib olduğu üçün dava saldığını etiraf edib:

"Hamı ötən il Gökhan qazanacaq düşünürdü, amma Ebru Gündeş qalib oldu. Gökhan da bu hadisəyə çox sevindi (gülür). Bir sənətçi dostunun qazanmasını o qədər dürüst qarşıladı ki... Hətta o qədər sevinmişdi ki, onu studiyodan cangüdənlər vasitəsiylə çıxardıq. Bu haqda gələn buraxılışlarımızda geniş açıqlama verəcəyəm”.

Daha sonra A.İlıcalı "Elnur "Eurovision”da Azərbaycan adına yarışdı. 50 ölkə arasında 12-ci oldu. Çox bacarıqlı idi. Onu təbrik edirəm” deyə, əlavə edib.

Qeyd edək ki, E.Hüseynov qalib olan vaxt münsiflərin studiyada dava salması ilə bağlı xəbər yayılmışdı. Onlar hətta müğənni Ebru Gündeşi təbrik etməmişdi.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 499
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri