Moda dünyasının 21 yaşlı yeni ulduzu - fotolar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 1 700
Səs ver:
(səs: 0)
"Victoria's Secret Pink" yeni reklamında kolumbiyalı gözəl Daniela Lopes Osorionu çəkib.

Daniela internetdə çimərlik geyimində podiumda gəzdiyi görüntü ilə məşhurlaşıb. Qısa müddətdə dünya brendlərinin marağını özünə çəkən 21 yaşlı Lopes bu yayın sonunda firma ilə müqavilə imzalayıb. Reklam fotosessiyasının fasiləsində o, "NY Post"a müsahibəsində o, hər şeyin çox sadə olduğunu deyib:

"Heç bir pəhrizdən istifadə etmirəm. Fasilələrdə mütləq sendviç yeyirəm. Kolumbiya gözəlliyi iri sinə, liposaksiya edilməsi və silikonlarla ombanın böyük göstərilməsidir. 15 yaşım olanda bütün rəfiqələrim artıq əməliyyat etdirmişdilər. Mənim valideynlərim isə bunu dəstəkləmirdilər".

O, Gigi və Bella Hadidin modellərin arıq olmaması barədə fikirlərini dəstəkləyir:

"Onlar moda sənayesində bu vəziyyəti dəyişdirəcəklər. Bədən təkcə arxadan ibarət deyil. İnsan yaş ötdükcə dəyişir. Amma xarakter qalır. Məsələn, mənim əla ləhcəm var. Dostlarım deyir ki, buna görə sənə hər şeyi bağışlamaq olar".

Daniela Lopes ilin əsas tapıntısı və ən böyük modellərin ciddi rəqibi kimi proqnozlaşdırılır.

 

 

 

 

 

 

 

 

(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 700
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri