Aktrisa müalicə alan qızı haqda danışdı - foto

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 2 539
Səs ver:
(səs: 0)
Aktrisa Ceyda Düvenci "Elle Kids" jurnalına doğulandan bir gün sonra beyin qanaması keçirən qızı haqqında danışıb.

Aktrisa uzun müddət özünə "Niyə mən, niyə mənim övladım" sualını verdiyini etiraf edib:

"Amma sonra dedim ki, onun üçün heç kimə möhtacı olmayacaq bir həyat hazırlamalıyam. Birlikdə mübarizəyə başladıq, Söz verdim ki, yorulmaq, bezmək olmayacaq. Qızım 5 aylıq olduğu vaxtdan müalicəyə başladıq. Uzun fizoterapiyadan sonra Melisa yeriməyə başladı. O, xoşbəxt, çevik, ağıllı idi... Amma mən nəyinsə əskikliyini yaşayırdım. Ona görə müalicəni San-Fransiskoda davam etdirdim. Həmin dönəmdə qızım çox yaxşı olmağa başladı. Bir ay sonra həkimdən necə olacağını soruşdum.

Mənə "Heç bir şey etməyin, həyat ən böyük terapiyadır. Həyata qarışın, küçədə, parkda vaxt keçirin. İmkan verin, qızınız uşaqlığını yaşasın. Müalicəyə davam edin, amma məktəbə daha çox getsin" dedikdən sonra baş verənlərə bir qədər fərqli yanaşdım".

(səs: 0)
Şərhlər: 7
Baxılıb: 2 539
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri