"Qızım homoseksual olsa, sonuna qədər arxasındayam" - fotolar

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 1183
Paylaş:
Səs ver:
(səs: 1)
Model Dəniz Akkaya Türkiyənin homoseksuallara aid mədəniyyət jurnalı olan "GZone"na müsahibə verib.

O, ölkənin "homoseksual ikonası" adlandırılmasını şərh edib:

"Məşhurlaşmağa başladığım dövrdə digər tanınmışlara nisbətən daha çox gey, lezbiyan, transseksual və travesti dostlarım var idi. Hiss etdim ki, onların dünyası daha maraqlı, daha rənglidir. Elə həmin vaxt bir gey barda müsahibə verən ilk məşhur oldum. Amma mən bunları LGBT-nin dəstəyini almaq üçün etmədim və bunu əlimdə bayraq edib fərqlənməyə çalışmadım. Hazırda anayam, həm də homoseksualların ən çox hörmət etdiyi məşhurlardanam. Bir həyat yoldaşı və gözəl bir qadın kimi özümü təsdiqləmişəm.

Mən azad olmayan kütlələrin getdikcə pozulacağına inanıram. Kimə görəsə LGBT-dən olmaq əxlaqsızlıqdır, mənə görə isə başqalarının həyatına təzyiq etmək, azadlıqlarına mane olmaq pozğunluqdur".

D.Akkaya niyə homoseksuallarla modanın hər yerdə bir səsləndiyi barədə suala belə cavab verib:

"Sadəcə moda deyil, sənətin bütün sahələrində fərqli ruh halında olmasanız, nəsə yarada bilməzsiniz Kütlədən, yəni qoyunların arasından sivişib çıxmasanız və öz çobanınız olmasanız uğur qazanmaq çətin olacaq. Təbii ki, "fərqli olun" deyərkən "homoseksual olun" demək istəmirəm. Amma homoseksuallar bizlərdən fərqli olduqları üçün onlar üçün daha rahatdır".

Model homoseksual cütlüklərin evlənməsi, övladlığa uşaq götürmələri barədə suala fərqli cavab verib:

"Bu, mənim də beynimdə tam qəbul etdiyim bir şey deyil. Zamanla nəticələrini bilmək mümkün olacaq. Bəzi həyat həqiqətləri var ki, uşaqlar bunları mütləq bilməlidirlər. Məsələ, qızım Ayşənin 6 yaşı olacaq, ona görə dostlarımın yanında olanda qadın-kişi mövzularından danışmırıq.

Evlilik mövzusuna gəlincə, hazırda Türkiyədə hətta heteroseksuallar məcburi şəkildə evləndirilir. Qadınlar onu zorlayana ərə verilir. Məcburi evlilikləri dəstəkləməkdənsə homoseksualların istəyərək evlənməsini dəstəkləyərdim. Evlilik iki insanın öz razılığı ilə sevgiylə edilən bir şeydir. Amma uşaq məsələsi ayrı mövzudur. Evdə ananın olmaması problem yarada bilər, dostları ona xor baxar. Uşaq böyüdükdən sonra belə bir şeylə rastlaşdığı üçün sizə nifrət edə bilər".

Gözəl model qızının bir gün homoseksual olmasını necə qəbul edəcəyi haqda danışıb:

"Heç kimi öldürmürsə, hüquqlarına ziyan vermirsə, ölkəsinə xəyanət etmirsə, sonuna qədər onun arxasındayam. Amma təhlükələrə qarşıyam. Ayşə mənə motosikl sürməyi öyrənmək istədiyini desə, etiraz edərəm".

 

 

 

 


loading...
(səs: 1)
Şərhlər:
Baxılıb: 1183
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv