Məhərrəm ayı başladı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 1515
Səs ver:
(səs: 3)
Bu gündən Məhərrəm ayı başlayıb.

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Məhərrəm ayı ilə bağlı fətvasında bildirilir ki, hicri-qəməri təqvimi ilə 1436-cı il başa çatır, yeni hicri 1437-ci ilin başlanğıcı - Məhərrəm ayının 1-i miladi təqvimlə 2015-cü il oktyabr ayının 15-nə təsadüf edir.

Məhərrəm ayının 10-u - Aşura günü 2015-ci il oktyabr ayının 24-nə təsadüf edir.

Fətvada qeyd olunur ki, Aşura mərasimləri məscid ərazilərində, ibadət ocaqlarında, habelə müvafiq icra qurumları tərəfindən müəyyən edilmiş xüsusi məkanlarda ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməlidir. İbadət məkanlarından kənar ərazilərdə kütləvi yürüşlər yalnız müvafiq dövlət qurumlarının icazəsi əsasında təşkil oluna bilər. Təziyə məclislərində Kərbəla şəhidlərinin şəninə xütbələr oxunmaqla Vətənimiz uğrunda şəhid olanların əziz xatirəsi də yad edilməlidir. Təziyə keçirilən məkanlarda nizam-intizam gözlənilməlidir. Qurşağadək soyunaraq sinə vurmaq, zəncirlə və ya başqa alətlərlə qan çıxarmaq şəriətə uyğun deyil və qınağa səbəb olur. Əzadarlar özlərinə və başqalarına xəsarət yetirməməlidirlər.

"Son illər təziyə günlərində Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən və xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi aksiyalarının təşkili ən münasib əzadarlıq nümunəsidir və bu örnək din xadimləri tərəfindən təbliğ edilməlidir. Ümidvarıq ki, inşallah, dindarlarımız İmam Hüseyn (ə) təziyədarlığı zamanı bu humanist ənənəni davam etdirəcəklər. Din xadimlərimiz moizələrində Kərbəla hadisələri ilə bağlı tarixi həqiqətləri, Kərbəla şəhidliyinin mahiyyətini çatdırmaqla bərabər, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən, o cümlədən, Qarabağ, Xocalı şəhidlərinin fədakarlıq nümunəsini təlqin etməli, Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğaldan tezliklə azad olunması üçün dualar etməlidirlər", - deyə fətvada vurğulanır.
(səs: 3)
Şərhlər: 7
Baxılıb: 1515
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 72548
Xəbər sayı: 1
vipbetul
Allah yezide min lenet etsin insallah İmamimiza qalxan o eller qirilsin Amin
16 oktyabr 2015 12:07
7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Şərh sayı: 3055
Xəbər sayı: 14
NURANE
IMAMLARIMIZIi ALLAH rehmet elesin eysanlarimiz qebul olusun INSALLAH
16 oktyabr 2015 09:09
6
1) Ağıllı insanlar başqalarının təcrübələrindən yararlanarlar,inadçı insanlarsa hər şeyi özləri etmək istəyərlər.(John Lubbock)
Şərh sayı: 2577
Xəbər sayı: 3
♡ES♡
Allah imamlarmizi rehmet elesin.her kesin verdiyi eysanlar qebul etsin gunahlati bagislasin
15 oktyabr 2015 23:35
5
Sevmək asan oldugu kimi, unudmagda asan olur zamanla...O:-)
Şərh sayı: 5891
Xəbər sayı: 388
heyatim_menim
bu gozel ayda ALLAH teala gunahlarmizi bagislasin seytanin yolundan cekindirsin insaALLAH.
15 oktyabr 2015 22:50
4
Başa düşdüm ki,
Həyatda Nəfəs almam üçün 5 səbəbim Var
ALLAHıma Şükür ki, onlar mənim Həyatımdadı.
Şərh sayı: 1267
Xəbər sayı: 0
14MsM
gozel aydir bu aya xatir Allah gunahlarimizi bagiwlasin.ve bizleri Qiyametde Imam Huseyinl e mehwur etsin .yezidede lenet olsun
15 oktyabr 2015 22:28
3
Şərh sayı: 7147
Xəbər sayı: 62
KRALİCEM
Sukur rebbimin dergahina qonsularimiz seyidiler her axsam evlerinde mersiye deiyler irandanda qonaq gelir mersiye demeye butun millet gelir
15 oktyabr 2015 22:21
2
sukur verdiklerine
Şərh sayı: 7421
Xəbər sayı: 23
rəmsə
Allahım şəhid olan imamlarımızın xatirinə,bu ay xatirinə dünyamızı salamat eləsin və heç bir bəndəsini darda qoymasın.
Yezidə və onun şeytan üzlü davamçılarına min lənət olsun.
15 oktyabr 2015 22:20
1
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri