Doğuş: - Həyat yoldaşım keçmişimlə deyil, özümlə...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 2 903
Səs ver:
(səs: 3)
Aparıcı Xoşqədəm Hidayətqızı ilə ailəli olan türkiyəli müğənni Doğuş müsahibə verib.

Yeni albomu "Aklında bulunsun”dan danışan ifaçı şəxsi həyatı ilə də bağlı maraqlı açıqlamalarını bölüşüb.

Doğuş "Birdən-birə evləndiniz. Bu,anidən olmadımı?" sualına belə cavab verib:

"41 yaşım var, bunun harası anidi? Bir ildir, ailəliyəm və çox gözəl ailəm var. Xanımım həm karyeralı, həm də mədəni qadın olduğu üçün əl-ələ tutub barları gəzməmişik. "Gecələrdə əylənmək” bizə görə deyil. Biz ev adamıyıq. Xoşqədəm xanım Azərbaycanda televiziya aparıcısıdır. Onun proqramına dəvət olunarkən uşaq evlərində yaşayan körpələrə davranışı mənə çox təsir etmişdi. Mən kövrək insanam. Bir uşaq ağlasa, mən də onunla birlikdə ağlayaram”.

Müğənninin "Həyat yoldaşınız verilişinə dəvət edənədək sizi tanımırmış” sözlərinə "Bəli, məni tanımırmış. Haqqımda bütün informasiyanı öyrənib: hansı uşaq evində böyüdüyümü, həbsxanaya nə vaxt girib-çıxdığımı.Bunlardan qaçmaq ehtimalı varmı? Bütün şəcərəmi ortaya tökdü. "Bunların hansı doğrudur?”, - deyə soruşdu. Cavab verdim ki, "Hamısı”. Reaksiyası isə belə oldu: "Səni sevirəm”. Çünki insanlar dürüst adamları xoşlayırlar. Həyat yoldaşım keçmişimlə deyil, özümlə, davranışım və xarakterimlə maraqlanır. Nəticədə, mən də "çürük alma” deyiləm”.

Doğuş "Bir vaxtlar bədəninizi formalaşdırmaq üçün istifadə etdiyiniz iynələr səbəbindən ata ola bilməyəcəyinizi açıqlamışdınız. İndi vəziyyət necədir?” sualını belə cavablandırıb:

"Düzdür, o iynələr sağlam hüceyrələri öldürmüşdü. 3-4 ildir ki, onlardan istifadə etmirəm. Vücudum özünü yenilədiyi üçün artıq belə bir problemimiz yoxdur. Bu mövzu ilə əlaqədar 3-5 ay sonra yenidən müsahibə verərəm”

Doğuş "uzun fasilədən sonra yenidən musiqi sahəsində olmaq çətin deyil ki?" sualına belə cavab verib:
" Bu gün Doğuş olmaq asan deyil. Mən pop və şərq musiqisini birləşdirən adamam. Bu mənim tərzimdir.Musiqi susmamalıdır. Necə hər kəs işləməyə davam edirək həyatını edama etməyə çalışırsa, musiqinin əməkçiləri də çalışmalıdır. Əgər o gün şəhidim varsa; mən yenə çıxaram və "Qaranlığa batmasın ölkəm" deyirəm.
(səs: 3)
Şərhlər: 12
Baxılıb: 2 903
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri