Emilya Sultan ölkəmizi beynəlxalq model müsabiqəsində təmsil edəcək - FOTOSESSİYA

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 2 964
Səs ver:
(səs: 1)
Dünyanın məşhur gözəllik müsabiqələrindən olan "Miss Tourisim Queen International” yarışmasınının Azərbaycan təmsilçisi məlum olub.

Bu haqda məlumatı World Beauty Congress-in Qafqaz ölkələri üzrə koordinatoru Aqil Məmiyev verib.

Təşkilatçı açıqlamasında bildirib ki, kastinqin nəticələrinə və Azərbaycan üzrə təşkilatı komitənin birgə rəyinə əsasən 19 yaşlı Emilya Sultan birinci seçilib.

172 sm boyu olan təmsilçimiz yarışmada iştirak etmək üçün bu gün Çinin paytaxtı Pekin şəhərinə yola düşəcək. Onun üzərində təcrübəli stilist Mirvari Əliyeva və modelyer Günay Mirzə çalışır.

Emilya müsabiqənin milli geyim gecəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın kolleksiyasından olan milli geyimdə çıxış edəcək.

Xatırladaq ki, yarışmanın  beynəlxalq direktoru World Beauty Congress-in prezdenti Zamir Hüseynov, Azərbaycan üzrə təşkilatçısı isə Aqil Məmiyevdir.

Tanınmış fotoqraf Eko Ağalarovun obyektivi qarşısına keçən Emilya Sultanın yeni fotosessiyasını təqdim edirik.

 

 

 

 

 

 

(səs: 1)
Şərhlər: 8
Baxılıb: 2 964
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri