Rahidə Baxışova: - Artıq insanlara inanmıram - müsahibə+fotolar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 3 711
Səs ver:
(səs: 1)
Uzun illərdən sonra yenidən şou-biznesə qayıdan Rahidə Baxışova müsahibə verib.

- Rahidə xanım, bu vaxta qədər harada idiniz? Niyə sənətdən uzaq düşmüşdünüz?
- Övladlarıma başım qarışıq idi. Ona görə də sənətdən uzaq düşmüşdüm. Həm də çox yorulmuşdum. İşlər çox oldu, mən də qərar verdim ki, bir müddət uzaqlaşım, uşaqlarıma baxım.

- Amma bir çoxları deyir ki, Rahidə xanımı sənətdən uzaqlaşdıran həyat yoldaşı olub...
- Yox, qətiyyən elə deyil. Uzaqlaşmaq qərarını özüm verdim. Sırf övladlarıma görə. Mən bu barədə heç nə danışmaq istəmirəm.

- Bu mövzuda danışmaq istəməməyinizin səbəbini bilmək olar?
- İstəmirəm ki, özəl həyatımda baş verən sevimli, kədərli anları hər kəs bilsin. Bu həyat mənimdir, özəl qalsa yaxşıdır. Ailəmdə baş verən hadisələrin qapıdan çölə çıxmasını istəmirəm. Mən əvvəllər belə deyildim. Həyatda bir çox insanlardan zərbə almışam, amma onu zərbə saymıram. Son dövrlər tanıdığım yaxın insanlardan elə zərbələr almışam ki, artıq bəzi mövzular barədə danışmağa çəkinirəm. Əvvəllər uşaq idim, başa düşmürdüm. Artıq illər keçir, anlayıram ki, insanlardan ehtiyat etmək lazımdır. Əvvəllər mənə deyirdilər ki, insanlardan qorx, heyvandan yox. Mən bu sözü tam anlamına varmırdım. İnsanlardan aldığım zərbələrdən sonra bu sözlərə inandım. Artıq insanlara inanmıram.

- Yenidən şou-biznesə qayıtdınız. Nə etməyi düşünürsünüz?
- Bəli, əvvəllər mənim üçün daha rahat idi. İndi isə yox. Elə bil ki, qatar dayanıb, onu yenidən xəttə qoşmaq lazımdır. Hər şeyi sıfırdan başlamalıyam. Bunun üçün də yaxşı, tutarlı mahnılar olmalıdır. Yaradıcılığımla bağlı yeniliklərim çoxdur. Həmkarım Rüfət Axundovla da duet oxuyacam. Bir neçə bəstəkarla da danışmışam ki, mənə yaxşı hit mahnı yazsınlar. Sonuncu dəfə üç il bundan qabaq efirə çıxmışdım. Sevinirəm ki, xeyli vaxtdır efirdə olmasam da, insanlar məni tanıyır. Bilirsiniz, bu həyatda hər bir şey dəyişir. Zövqlər yenilənir. Mən deyə bilmərəm ki, yenidən ifaçılıq fəaliyyətimə start verdim, seviləcəm. Bunu zaman göstərəcək.

- Uzun illər şou-biznesdən uzaq düşdünüz. Kənardan şou aləmi necə görünür?
- Desəm, inanmayacaqsınız. Mən televizora baxmırdım. Çox nadir hallarda izləyirdim. Evdə bütün işləri özüm gördüyümə görə, efiri izləməyə vaxt olmurdu. Bəzən evdə anam televizoru işə salanda əsəbiləşirəm. Deyirəm ki, neyləyirsən bunu? Yalnız saytları izləyirəm.

- Efirdən uzaq düşdüyün dövrdə hansı müğənniləri fəal gördünüz?
- Röya Ayxanı, Sevda Yəhyayevanı və Günay İbrahimlini.

- Bu sənətdə sizə kim dəstək olub?
- Heç kim. Özüm müsabiqələrə qatıla-qatıla tanınmışam. Bu sənətə təsadüf gələn insan deyiləm. Az yaşlarımdan oxuyuram. Müğənni olmağımda göydə Allahıma, yerdə də özümə minnətdaram.

- Azərbaycanda müğənni olmaq üçün səs, yoxsa pul əsasdır?
- Səs də, pul da əsasdır. Düşünürəm ki, hər ikisi vacibdir. İndi baxıram ki, səsi olmayanlar, amma pulu çox olanlar tanınır.


- Bu sənətə Aynur Dadaşova ilə eyni vaxtda gəlmisiniz. O da illərdir sənətdən uzaq düşüb. Münasibətiniz qalırmı?
- Biz onunla eyni vaxtda sənətə gəlmişik. Uzun illərdir onu görmürəm. Çox istəyərdim ki, Aynurla danışım, amma əlaqəm yoxdur.

- Maraqlıdır, Rahidə xanım ana kimi necə anadır?
- Bir oğlum, bir qızım var. Uşaqlarıma çox bağlıyam. Sənətdən uzaqlaşıb, onların tərbiyəsi ilə məşğul oldum. Övladlarımı elə çox istəyirəm ki, bu hisləri sözlə ifadə edə bilmərəm. Oğlumun 13 yaşı var, qızım isə hələ balacadır. Bəzən oğluma deyirəm ki, əynini qalın geyin. Deyir ki, ay ana, sən məni nə çox düşünürsən.

- Burnunuzda etdirdiyiniz əməliyyat sosial şəbəkədə birmənalı qarşılanmadı.
- Bəli, burnumda əməliyyat etdirmişəm. Mən də insanam. Burnumun sol tərəfində çəpər əyriliyi var idi. Nəfəs almağımda problemlər yaşayırdım. Gündüzlər yox, gecə yatdığım zaman hiss edirdim ki, nəfəs ala bilmirəm. Həm də sümük qabarması var idi. Düşündüm ki, həkimə getmişkən, burnumun ucunu bir balaca kiçildim. Mənim burnum eybəcər deyildi. Bir ay deyil ki, əməliyyat etdirmişəm. Hələ şişdi. Həkim söylədi ki, altı aydan sonra burnum ideal formaya düşəcək. Tez-tez mənə deyirdilər ki, niyə burnunun uc hissəsini kəsdirmirsən? Mən də kəsdirdim. İndi etməsəydim, iki il sonra mütləq etdirməli idim. Çünki nəfəs almağımda problemim var idi. Burnumu kəsdirdiyimə görə, peşman deyiləm. Əvvəlki şəkillərimə baxıram, deyirəm ki, mən bu burunla gəzmişəm?

- Yalnız burnunuzda əməliyyat olub?
- Yalnız burnumda. Başqa yerimdə yox.

- Amma dodaqlarınızın formasına da əl gəzdirtdiyiniz deyilir.
- Qətiyyən, belə bir şey yoxdur. Burun əməliyyat edən adamlar bilir ki, üzdə, dodaqlarda şişlər olur. Burnumdan başqa üzümdə heç bir şeyi dəyişdirməmişəm.

- Bu sənətdə yolunuz bağlayanlar olub?
- Heç kimin haqqına girə bilmərəm. Bəlkə də olub, amma üzə çıxmayıb.

- Yenidən sənətə qayıtmaq istəyiniz necə yarandı?
- Bəzən elə anlar olurdu ki, yenidən sənətə qayıtmaq istəyirdim. Amma uşaqlarıma görə alınmırdı. Son vaxtlar isə belə qərar verdim ki, yenidən toylarıma getməliyəm, efirlərə çıxmalıyam. Musiqi ilə yaşayıram. Televizora, hər hansı bir filmə baxmaram, amma musiqisiz yaşaya bilmərəm.

- Sevgi və bir sıra mövzularda mahnılar oxumusunuz. Oxuduğunuz mahnılar arasında özünüzə həsr etdiyiniz olub?
- Öz həyatıma mahnı həsr etməmişəm. Amma ifa etdiyim bütün mahnıları hiss edib, yaşayıb oxumuşam. İndi sizinlə müsahibəni bitirib, gedəcəm bəstəkar yanına. Bəstəkardan soruşuram ki, nə mahnı var. Deyir ki, "Ayrılıq” mövzusunda bir mahnı var. Mən də düşündüm ki, o mahnını oxusam, camaat deyəcək ki, "Rahidə ayrılıb”. Ayrılıqdan oxumağa qorxuram. İnsanların barəmdə dediyi mənfi fikirlər vecimə də deyil. Onsuzda çirkin fikirli olan insanlardan xoş sözlər eşitmək olmaz. Yaxşı adam, yaxşı söz danışacaq, pis insan isə xoş olmayanı. Amma çox istərdim ki, insanlar barəmdə pis sözlər deyib, Allah qarşısında günaha batmasınlar. Sosial şəbəkədə barəmdə yazılanları oxuyuram. Biri yazıb "belə oldu”, digəri yazıb ki, "elə oldu”. İnsanın həyatını bilmədən, onun haqqında fikir söyləmək olmaz. Mən indiyə kimi bir kimsənin haqına girməmişəm. Hətta mənim yaxınlarım deyir ki, "Rahidə, heç sənin dilindən eşitmədik ki, kimisə pisləyəsən, deyəsən ki, elədi, belədir”. Nə olsun ki, mən sənət adamıyam. Mən ailəmə, evimə baxan insanam. Bu sənətdə o qədər xanımların, gözəl ailələri var ki. Hər kəsin haqqında pis fikir söyləmək olmaz.

- Niyə bəs şou-biznes əhlinin adı pis çıxıb?
- Pis insan elə hər sahədə pisdir. Bir insan əgər özünü idarə edə bilmirsə, peşə nə etsin?

- İmicinizdə yeniliklər etmək fikriniz varmı?
- Hə, geyim tərzimi, saç üslubumu da dəyişəcəm. Artıq saç ustamla danışmışam. Saçımın formasını, rəngini də dəyişəcəm.

- Yeni imicdə görünmək istəməyiniz hardasa təhlükəlidir. Çünki tamaşaçılar əvvəlki Rahidə Baxışovanı görmək istəyəcək.
- Köklü dəyişiklik etmirəm. İmicimdə dəhşətli bir şeylər etməyəcəm. Sadəcə bir balaca saçımın rəngini dəyişəcəm. Qızılı rəngdə edəcəm.

 

(səs: 1)
Şərhlər: 4
Baxılıb: 3 711
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri