Röya: İki il əvvəl bu gözəl qadınla tanış oldum

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 3 017
Səs ver:
(səs: 0)
Müğənni Röya Ayxan Türkiyənin "Gözde FM” radiosunda qonaq olub.

Sənətçi yeni işıq üzü görən "Kesin bilgi” mahnısından bəhs edib:

"Bu mənim Türkiyədəki üçüncü işimdir. Bundan sonra da gözəl işlərimlə izləyicilərimin qarşısına çıxacam. Gülşəni çox sevirəm. Onun mahnılarını hər zaman izləyirdim. 2 il əvvəl bu gözəl qadınla tanış oldum. Ona dedim ki, sənin mahnın olsa, bir il də gözləyərəm. Mənim üçün çox önəmli, həyəcanlıdır. Uşaq kimiyəm, kimi görsəm, tez mahnı ilə bağlı fikrini soruşuram”.

R.Ayxan aparıcının "Mahnı Bakıda necə qarşılandı” sualına isə belə cavab verib:

"Türkiyədə mahnı çıxaranda Bakıda da dinlənilir, həyəcanla gözlənilir. Bakıda daha çox "partladı". Mən ilk olduğum üçün Türkiyədə yavaş-yavaş irəliləyirəm. Həm də burada gözəl sənətkarlar çoxdur. Onlarla birlikdə mənə də qucaq açsalar sevinərəm”.
(səs: 0)
Şərhlər: 10
Baxılıb: 3 017
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri