Aktyor boşandığı həyat yoldaşından danışdı: Həyatımdakı ən önəmli qadındır

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 1 561
Səs ver:
(səs: 2)
Müğənni Yeşim Salkımın keçmiş həyat yoldaşı, aktyor Hakan Eratik onunla bağlı açıqlama verib.

O, tanış olmalarından, ayrılmalarından danışıb:

"Yeşimdən əvvəl uzunmüddətli münasibətim olmadı. Əvvəl ailə həyatını xoşlamırdım, bacara bilməyəcəyimi düşünürdüm. Elə bacara bilmədim də. Yeşimə evlilik təklifi etməmişdim. Nikah masasında "Bir dəqiqə dayanın, mən evlənmə təklifi etməmişəm" deyib, üzümü Yeşimə çevirdim və "Mənimlə evlənərsən?" soruşdum.
Hamı kimi yaşamaq məcburiyyətində deyilik. Alınmadı, ayrıldıq. Hamı sual verirdi ki, "Barışacaqsınız?". Biz küsülü deyildik ki... 8 il birlikdə yaşamışıq, bu qadına necə arxamı dönüb gedə bilərdim ki? Bundan sonrakı hayatında da nə vaxt ehtiyacı olarsa, yanına gedəcəm. Qızımın anasıdır.
Həyatda mənim üçün dəyərli 3 qadın var: anam, Yeşim və qızım. 4 aydır ayrıyıq. Bir ara istirahətə getdik, o da çox müzakirə olundu. Qızımın xoşbəxtliyi üçün hər şey edərəm".
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 1 561
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri