Modelimiz gözəllik yarışmasında - FOTOLAR

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 2 736
Səs ver:
(səs: 2)
Bu gün Tayvanda "Charity Queen of One Power International 2015” beynəlxalq  model müsabiqəsinin finalı keçiriləcək.
 
Müsabiqədə dünyanın 70-dən çox ölkəsindən modellər iştirak edir.
 
Adıçəkilən müsabiqədə ölkəmizi 19 yaşlı model Günel Şirəliyeva təmsil edəcək. O, 7 gündür Çinin Pekin şəhərində yarışmaya hazırlıq keçir.
 
Qeyd edək ki, bu, modelimizin iştirak etdiyi ikinci dünya müsabiqəsidir. Daha əvvəl o, avqust ayında İzmirdə keçirilən "Miss Exclusive” beynəlxalq model müsabiqəsinin finalçısı olmuşdu.
 
Müsabiqənin milli geyim gecəsində modelyer dizayner Xəyalə Hüseynovanın  kolleksiyasından geyim nümayiş olunacaq.
 
Xatırladaq ki, müsabiqənin beynəlxalq direktoru Zamir Hüseynov, Azərbaycan üzrə təşkilatçısı Aqil Məmiyevdir.

 

 

 

 

 

(səs: 2)
Şərhlər: 9
Baxılıb: 2 736
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri