Arvadının sevgisini yoxlamaq üçün ayrılıq məktubu yazan kişi.
Həyat yoldaşının onu sevdiyini yoxlamaq istəyən kişi, ona vida məktubu yazıb.
Evi
tərk edəcəyini yazaraq, həmin məktubu stolun üstünə qoyub və çarpayının
altında gizlənərək həyat yoldaşının gəlişini gözləyib.
Bunun uşaq
hərəkəti olduğunu başa düşsə də, xanımının ona qarşı nə hiss etdiyini
yoxlamaq istəyi ona qalib gəlib. Məkubu oxuyan qadının ağlayacağını,
rəfiqələrinə zəng edəcəyini düşünən kişi gözlədiklərinin əksi ilə
qarşılaşıb.
Nəhayət ki, evə gələn qadın məktubu oxuyaraq, bir neçə dəqiqə sükutdan sonra kağıza nə isə yazmağa başlayıb.
Bir
neçə dəqiədən sonra isə o, paltarını dəyişib, şən mahnıya qulaq asaraq
rəqs etməyə başlayıb. Qadın kədərlənmək əvəzinə, çox şən görünüb.
Bunu müşahidə edən kişi şok vəziyyətinə düşüb. Amma bu hələ son olmayıb.
Qadın telofonu götürüb, hansısa nömrəni yığıb:
-
Salam əzizim. Həm hazıram, indi yanına gələcəm. Bu axmağa gəlincə isə,
mən axır ki, onu bezdirdim, o da çıxıb getdi. Mən ona necə ərə gedə
bilmişəm? Çox heyf ki, səninlə əvvəldən rastlaşmamışam. Görüşərik
əzizim!
Dəstəyi yerinə asan qadın, evdən çıxıb.
Bir neçə dəqiqədən
sonra, dəhşətli hisslər keçirən kişi çarpayının altından çıxaraq,
stolun üstündəki məktubu götürüb və həyat yoldaşınınn ona nə yazdığını
oxumağa başlayıb.
Məktubda yazılmışdı: "Çarpayının altından çıxan ayaqlarını görürəm. Mağazaya çörək almağa gedirəm".