İlk və son dəfə açıqlama verəcəm - Röya əsəbiləşdi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 1 642
Səs ver:
(səs: 1)
Əməkdar artist Röya Ayxan türk dilində danışmasını və yazmasını ələ salanlara cavab verib. 

Müğənni sevənlərinə müraciət edib:

"Hər kəsin fikrinə sonsuz hörmətim var. Amma İstanbulda etdiyim işlə əlaqədar ilk və son dəfə açıqlama verəcəm: Mənim İnstaqram səhifəmi məhz oradakı işlərimə görə qardaş ölkədəki komanda açdı. Yoxsa bilirsiniz ki, mən sosial şəbəkədə olmağı sevmirəm. Əgər hansısa yazı türkcə qoyulursa, buna hörmətlə yanaşmalısınız. Çünki orada böyük və nəhəng komanda var. Siz işi onlar qədər bilə bilməzsiniz. Canımsınız... Bəsdirin, düşünmədən şərh yazdınız. Adam oralarda biabır olur. 

Məncə siz musiqilərə qiymət verin və mənə inanın. Qalanını özüm edəcəm. Yeri gəlmişkən mən bu dildə çoxdan danışıram.Çünki qardaşlarım 20 ildir orada yaşayır. Hərdən dərin düşünün, bir gün mütləq haqq verəcəksiniz. Bu içdən gələn yazını səmimi qəbul edin, mənim artıq Türkiyədə də sevənlərim var. Bu məni çox sevindirir. Hər kəsə təşəkkürlər".
(səs: 1)
Şərhlər: 9
Baxılıb: 1 642
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri