Çağatay Bakıda Delibaldan danışdı - fotolar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 15
Baxılıb: 2 589
Səs ver:
(səs: 2)
Türkiyəli aktyor Çağatay Ulusoy "Delibal” filminin Bakıdakı qala gecəsində media nümayəndələri ilə görüşüb. 

Sualları cavablandıran aktyor azərbaycanlı pərəstişkarlarının sevgisindən danışıb:

"Burada çox gözəl qarşılandıq, müsbət enerji aldım. Normal həyatımda da romantik biriyəm. Amma filmdəki Barış obrazından fərqli olaraq, duyğularımı çox büruzə vermirəm. Çəkilişlərimiz gözəl keçdi. Bircə istidən əziyyət çəkdik. Sssenariyə uyğun olaraq bədənimizə 11 ədəd döymə etdirdik. O da qalıcı yox, müvəqqəti döymə idi. İstidən tərləyirdik, axıb gedirdi”.

Ç.Ulusoy müğənnilik qabiliyyətindən də danışıb:

"Bundan əvvəl "Medcezir”də də mahnı oxumuşam. Müğənnilik iddiasında deyiləm. Hansısa sosial bir yardım üçün edilən layihə çərçivəsində mahnı oxuyaram. Amma ticarət olaraq belə bir şey düşünmürəm”.

Türkiyəli aktyor gerçək həyatda güclü sevgi yaşamadığını bildirib:

"Filmdəki kimi bütov sevgi yaşadığım bir münasibətim olmayıb. Heç ətrafımdakı insanlarda da belə sevgi münasibəti görməmişəm. Deyəsən, belə eşqlər ancaq filmlərdə olur”.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

(səs: 2)
Şərhlər: 15
Baxılıb: 2 589
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri