Camaatın qızı gəlinciklə gəzir, mənimki tapança oynadır - Gülay

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 2 649
Səs ver:
(səs: 3)
Müğənni Gülay Zeynallının başına iş gəlib. 

Ailəsi ilə istirahətə yollanan sənətçinin avtomobili qarda batıb. 

G.Zeynallı bu haqda "ATV maqazin onlarla” verilişində danışıb:

"Dekabrın 31-də bayramı keçirdik, səhəri Qubaya getdik. Dörd-beş ailəvi dostlar gəzməyə çıxdıq, maraqlı oldu. Təbiətin başımıza açdığı gözəl hadisə ilə qarşılaşdıq. Qardan maşınımız getmədi, batıb qaldı. Rayon camaatı köməyimizə gəldi”.

G.Zeynallı qızı Sahilədən bəhs edib. O, qızının atası ilə çox vaxt keçirməsinə və buna görə sosial şəbəkədə onu qınayanlara da cavab verib:

"Qız uşaqları ataya meyilli olur. Kamil (həyat yoldaşı, idmançı Kamil Zeynallı - red.) uşağı səs-küylə oynadır. Mən isə istəyimi sakit yaşayıram. Qızım tapançayla, maşınlarla oynamağı xoşlayır. Camaatın qızı gəlinciklə gəzir, mənimki tapança oynadır. Qızımı heç vaxt klipimə çəkmərəm. Getsin dərslərini oxusun".
(səs: 3)
Şərhlər: 8
Baxılıb: 2 649
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri