Cennifer Lopez ona ərə gedəcək, amma... - fotolar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 048
Səs ver:
(səs: 0)
Müğənni Cennifer Lopez dünən Las-Veqasda "All I Have" adlı konsert verib.

Səhnədə bir neçə obrazda görünən ifaçı konsertdən sonra partiyə qatılıb. O, gecədə rəqqas sevgilisi Kasper Smartla birgə görünüb.

Bu yaxınlarda plastik əməliyyat etdiyi deyilən 46 yaşlı Cey Lonun K.Smartla münasibətlərinin rəsmiləşdirilməsi də gözlənilir. Kasperin bütün evlilik təkliflərini qəbul edən pop ulduz ondan düşünmək üçün zaman istəyib.

Qeyd edək ki. bu Cennifer Lopezin dördüncü evliliyi olacaq. O, 1997-98-ci illərdə kubalı Ojani Noayla, 2001-02-ci illərdə rəqqas Kris Cuddla evli olub. İkinci boşanmasından sonra müğənni aktyor Ben Affleklə sevgili olub. 2002-ci ildə nişanlanan cütlüyü media "Bennifer" adlandırırdı. 2003-cü ilin sentyabrında toylarından bir gün əvvəl isə mərasimi təxirə salıblar. 2004-cü ildə dostu, müğənni Mark Entoni ilə sevgili olan Cey Lo həmin ilin iyununda ailə qurub. Əkiz uşaqları olan cütlük 2012-də boşanıb.

 

 

 

 

(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 048
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri