Mayli Sayrus və Liam Hemsvort nişanlandılar - FOTOLAR

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 1 748
Səs ver:
(səs: 4)
23 yaşlı müğənni Mayli Sayrus və 25 yaşlı aktyor Liam Hemsvort münasibətlərinə dair rəsmi bəyanat verəcəklər.
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, bu günlərdə Mayli paparatsilərin obyektivinə tuş gəlib və onun "Neyli Leyn”dən olan 100 min dollarlıq üzüyü diqqətdən kənarda qalmayıb. Bu üzüyü ona Liam evlənmək təklifi edərkən hədiyyə edib.

2013-cü ildə cütlük ayrıldıqdan sonra Sayrus üzüyü saxlayıb və indi üzük yenə də öz yerindədir.
"Mayli Liam ilə yenidən nişanlandığı üçün çox xoşbəxtdir. Kimin üçün isə bu gözlənilməz ola bilər, amma son bir neçə ayı onlar çox yaxındılar, amma bu barədə heç kim bilmiridi.

Mayli və Liam öz münasibətlərini jurnalistlərdən və maraqlı adamlardan uzaq tutmaq istəyirlər.
Liam heç zaman həyatını Maylisiz təsəvvür etmirdi, onlar yenidən bərabərdirlər. Mayli çox dəyişib və sevgilisi üçün çox şey edir”, - deyə cütlüyün dostu bildirib.

Xatırladaq ki, cütlüyün dostları ayrılığın hər ikisinə yaxşı təsir etdiyini deyirlər. Onlar sanki böyüdülər və indi daha yetişkin münasibətləri var.

 

 

(səs: 4)
Şərhlər: 10
Baxılıb: 1 748
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri