İşte benim stilimdən Nur Yerlitaş sürprizi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 2 304
Səs ver:
(səs: 3)
Modelyer Nur Yerlitaş "İşte benim stilim"e geri dönür.

Yarışmanın 3-cü mövsümündən sonra proqramı çəkən şirkətlə aralarındakı anlaşılmazlığa görə münsif kürsüsündə əvəz olunan Yerlitaş Star TV ilə müqavilə bağlamışdı.

Münsiflər heyətindəki həmkarı Kemal Doğulu ilə birgə dəb yarışmasından ayrıldıqdan sonra onların yerinə stilistlər Neslihan Yarqıcı və Hakan Akkaya gəlmişdi. Ancaq "İşte benim stilim"in "Məşhurlar" mövsümü reytinqlərdə xal qazana bilmədiyi üçün şirkət N.Yerlitaşı geri qaytarıb. O, modelyerin bütün şərtlərini qəbul edərək onunla müqavilə bağlayıb. 

Nur bununla bağlı jurnalistlərə "Masam üçün darıxmışam" deyib. Star TV-dəki layihəsi haqda "qismət deyilmiş" söyləyən modelyerin qarşıdakı günlərdə "İşte benim stilim"də görünəcəyi gözlənilir.
(səs: 3)
Şərhlər: 11
Baxılıb: 2 304
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri