Azərbaycanlı model ana olmağa hazırlaşır - fotolar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 1 907
Səs ver:
(səs: 0)
AZAL klubunun gürcü əsilli futbolçusu Nuqzar Kvirtiyanın həyat yoldaşı, model İnna Kvirtiya ana olmağa hazırlaşır.

"Hamiləliyimin 12-ci həftəsində həkimlər qzım olacağını dedilər. Dəqiq diaqnozu isə sabah bildirəcəklər. Model biznesimi dayandırmamışam. Hətta sabah bir tədbirdə çıxış edəcəm. Çalışıram çox ağır şəkildə işləməyim, mümkün qədər risklərdən uzaq olum”. 

İnna hamilə olmasına baxmayaraq, artıq çəki almadığını deyib: 

"Hamiləliyimin beşinci ayındayam. Hələ artıq çəki almamışam. Pəhriz saxlamıram. Həftədə 2-3 dəfə hovuzda üzürəm. Düşünürəm ki, artıq çəki almayacam, doğuşdan sonra qısa vaxtda əvvəlki çəkimə qayıdacam. Mənim üçün övladım əsasdır. Yəqin daha əvvəlki kimi çox çalışmayacam”.
 
Həmçinin modelyer kimi də fəaliyyət göstərən İnna yeni kolleksiyasından danışıb: 

"Hazırda uşaq geyimlərindən ibarət kolleksiya hazırlayıram. Fikrimcə, möhtəşəm geyimlər ərsəyə gələcək”.

Qeyd edək ki, İnna Kvirtiya Bakıda dünyaya gəlib. Onun atası azərbaycanlı, anası isə rusdur.

 

 

 

 

 

 

 

(səs: 0)
Şərhlər: 9
Baxılıb: 1 907
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri