Dünyanın ən uzunayaqlı modeli - fotolar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 1 975
Səs ver:
(səs: 1)
"Victoria Secret"in keçmiş mələyi, dünyanın ən uzunayaqlı modeli Karli Kloss həyatı ilə bağlı açıqlamalar verib. 

O, iş yerindən ayrılmağının səbəbini açıqlayıb. Model "Maaş az olduğu üçün "Victoria Secret"dən getdi" iddialarını inkar edib:

"Mələklər mənim karyeramda sahib olduğum son mərhələ deyildi. Əksinə mənim üçün bir başlanğıcdı. Oradan ayrılmağımın maaşla heç bir əlaqəsi yoxdur. Təhsilimi davam etdirməliydim. Buna görə də qanadlarımı taxdığım kimi də, çıxardım".

Dünyanın ən çox qazanan modellərindən olan Karli başqa sahələrdə də özünü sınadığını bildirib:

"Modadan kənar bir işlər görməkdən xoşum gəlir. Həyatım fərqli qərarlar almaqla keçir. Telefonun necə çalışdığını düşünüb, kompüter sahəsində dərs almağa başladım. "Karli ilə kodlama" adlı bir proqram hazırladım və 21 qıza bunla bağlı dərs verdim. İndi də ədəbiyyat sahəsində bilgilərimi artırmağa çalışıram".

 

 

 

(səs: 1)
Şərhlər: 5
Baxılıb: 1 975
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri