"Sports Illustrated" jurnalının üz qabığına çıxan ilk kök ("Plus-size") model olan Eşli Qrehem dərginin təşkil etdiyi mərasimdə iştirak edib.
28 yaşlı model qadınlara bəzi mesajları da verib:
"Dəb agentləri mənə deyirdilər ki, sən heç vaxt brend modeli olmayacaqsan, jurnalın üz qabığına çıxmayacaqsan. Amma mən əksini sübut etdim. Yüzlərlə, minlərlə qadına ümid verdim. Qadınlar fikirləşirlər ki, onlar selülitləri ilə çox eybəcər görünürlər. Məndə də selülit var, amma "Sports Illustrated"in üz qabığındayam".