Günay peşmandır: Günah məndədir, gərək qəbul etməzdim - fotolar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 2 059
Səs ver:
(səs: 1)
Müğənni Günay İbrahimli toysuzluqdan şikayətlənib. 

Açıqlama verən sənətçi büdcəsinin azaldığını bildirib:

"Böhrana görə toy bazarında hamıda durğunluqdur. Hətta o qədər işsiz qalmışıq ki, insan hərdən müğənni olduğunu da unudur. Bu da büdcəmə çox təsir edib. Bəzi xərclərimi azaltmışam. İlk növbədə geyimlərimə az pul xərcləyirəm. Həftədə üç dəfə alış-verişə gedən Günay, indi qalıb belə. Şükür ki, hədiyyə libaslar verən çoxdur. Pis günün ömrü az olar. Hamı necə mən də elə. Müğənni tanındıqca xərci də çoxalır. Nə qədər pul olsa, bəs etmir”.

Yeni mahnı ahzırlayan G.ibrahimli klip çəkdirəcəyini deyib:

"Yeni mahnım var. Musiqisi Tərlan Məmmədhüseynova, sözləri Fərdi Quliyevə məxsusdur. Bu mənim "Sənə bağlanıram” komandası ilə növbəti işbirliyimdir. Mahnıya hələ ad qoymamışam, amma oxumuşam. Çox gözəl bir bəstədir. Buna klip də çəkdirəcəm. "Sadəcə sev” filmim hazırdır. Bu aralar kinoteatrlarda çoxlu qalıa gecələr var. Buna görə də təqdimatı aprelə saxladıq. Konsert bəzi səbəblərdən təxirə düşdü. Günah məndə oldu, konsert təklifi gəldi, gərək qəbul etməzdim. Ən böyük arzularımdan biri Heydər Əliyev Sarayında konsert verməkdir. Nəyin bahasına olursa-olsun konsert edəcəm. Düzgün insanlarla işləmək lazımdır".

 

 

 

 

(səs: 1)
Şərhlər: 11
Baxılıb: 2 059
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri