Zorlandığımı illər boyu ailəmdən gizlətdim - fotolar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 055
Səs ver:
(səs: 2)
Müğənni Ledi Qaqanın "Oskar" gecəsindəki çıxışı hələ də müzakirə olunur.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, universitet yataqxanalarında zorlanma hadisələrinə həsr olunan "Till it happens to you" mahnısını ifa edən L.Qaqa səhnəyə zorlanma ilə üzləşən 50 qadınla birgə çıxmışdı. 2014-cü ildəki bir müsahibəsində 19 yaşında təcavüzə məruz qaldığını etiraf edən ifaçı bu olayın həyatını dəyişdirdiyini deyib.

Zorlandığını uzun müddət ailəsindən gizlədən Qaqa "Oskar"da onunla səhnəyə çıxan qadınlarla foto çəkdirərək yazıb:

"Siz olmasanız, heç vaxt bacarmazdım. Sizin üçün bu gecə Ledi Qaqa ola bilmədiyim üçün kədərliyəm. Gecələrcə yata bilmədim, amma başa düşdüm ki, mən sizə aidəm".

Hətta Qaqanın nənəsi və xalası "Oskar" gecəsinə qədər onun başına gələnləri bilmirmiş. 29 yaşlı müğənni bu haqda da yazıb:

"Mənə sabahısı gün təlaşla zəng etdilər. Çünki ailəm kimi onlara da bu barədə deməmişdim. Çox utanmışdım, qorxmuşdum. Bunu qəbul etməyim uzun zaman aldı. Özümü günahkar görürdüm. 10 il özümü günahlandırdım. Nənəm Ronni dedi ki, "qızım, səninlə heç bu qədər qürur duymamışdım". Mənim bu qədər zaman utancımdan saxladığım sirrim həyatımdakı qadınların ən böyük qürur duyduğu şey oldu. Siz də cəsur olun, danışın".

Ledi onun çıxışından təsirlənərək 12 yaşında zorlandığını etiraf edən aktrisa Ceymi Kinq barədə də fikirlərini bildirib:

"Bunu söyləyə biləcək qədər cəsur, öz yolunun zirvəsində olan bir döyüşçüsən. Artıq heç vaxt özümü tənha hiss etməyəcəyəm".

 

 

 

(səs: 2)
Şərhlər: 6
Baxılıb: 2 055
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri