Ata iPhone almaq üçün qızını satışa çıxardı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 3 131
Səs ver:
(səs: 4)
Çində 19 yaşında ata yeni doğulan körpə qızını satışa çıxarıb.
 
Uşağını 3 min 500 dollara satan gənc əlinə keçən nağd pula bir "iPhone" və motosiklet alıb. Bu qorxunc hadisə təxminən bir il əvvəl baş verib. İddiaya görə gənc adam bazarlıq edərək 23 min yuan (təxminən 3.500 $ ekvivalenti) qarşılığında 18 günlük körpəsini satıb. Bütün hekayə Fujian əyalətindəki Tonqan şəhərində baş verib.

Uşağın atası hələ məktəbi bitirməyib və zamanının çoxunu internet kafelərdə keçirirdi. Körpəsini internet üzərindən satışa çıxaran ata maddi cəhətdən çətin vəziyyətdə olan ananın da razılığı ilə qısa müddətdə körpəsini satıb.
 
Körpəsi satıldıqdan sonra pərişan olan ana şəhəri tərk edib. Ancaq qısa bir müddət sonunda qadın polis tərəfindən izlənilərək həbs olunub. Həbs olunan ana yaşadığı şəhərdə bu cür hadisələrin olduğunu və etdiyi şeyin qeyri-qanuni olduğunu bilmədiyini söyləyib. Qadın 2,5 il, gənc oğlan isə 3 il müddətinə həbs olunub. 

İşin qəribə tərəfi isə hakimin verdiyi qərar olub. Hakim ana və atanı valideynlik hüququndan məhrum edib. Körpə onu alan adama verilib.
(səs: 4)
Şərhlər: 12
Baxılıb: 3 131
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri