Yenə də seksual xanım obrazında olacam - Zemfira

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 2 407
Səs ver:
(səs: 0)
"Gecə efiri hazırlayırdım. Hətta çəkilişlərə də başlamışdıq. Amma sonradan dayandırdım”.

Bu sözləri açıqlamasında aparıcı Zemfira Adığözəlova deyib. O, layihəsinin efirə getməməsinin səbəbini açıqlayıb. Film dəvəti alan Z.Adıgözəlova yenə də "seksual xanım" obrazını canlandıracaq:

"Düşünürəm ki, mövsüm ortasında yeni veriliş təqdim etmək mənasızdır. Ona görə də, saxladıq payıza. Hazırda başqa layihələrlə məşğulam. Yeni film dəvəti almışam. Fərqli və maraqlı ssenarisi var. May, iyun ərəfəsində çəkilişlərə başlayacağıq. Rejissorlar məni həmişə eyni rolda görür. Baş rolu canlandıracağım bu filmdə də öz imicimdən çıxmayacam".

Z.Adıgözəlova yeni planlarından da söz açıb. O, gözəl oriental rəqs etdiyini bildirib:

"Uşaqlıqdan milli və bal rəqsi öyrənmişəm. Hətta səhnədə də nümayiş etdirmişəm. Bir də gözəl oriental oynayıram. Bunu isə yalnız yaxınlarım bilir. Tək arzum imkanım olan kimi şou-balet məktəbi açmaqdır. Azərbaycana dəvət edəcəyim xarici oriental rəqqasələrin orada dərslər verməsini istəyirəm”.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 2 407
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri