Ata iki qızını doğradı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 13
Baxılıb: 2 596
Səs ver:
(səs: 4)
Dağıstan sakini iki qızının ölümündə təqsirli bilinir. Qızlardan birinin 16 yaşı varmış.
Qızların davranışı kişinin xoşuna gəlməyib və o, qızları qətlə yetirib. 
Rusiya İstintaq Komitəsinin rəsmi məlumatına görə, dekabrda Karanayaul kəndində 49 yaşlı kişi qızlarına bıçaqla çoxsaylı xəsarətlər yetirib. Onların hər ikisi hadisə yerində keçinib. Kişi meyitləri maşınına qoyub və kəndin kənarına apararaq basdırıb.
Qatil həbs edilib və günahını boynuna alıb. Təfərrüatları danışıb və qızlarını basdırdığı yeri göstərib. 
LifeNews-un məlumatına görə, qızlardan birinin 22, digərinin 16 yaşı olub. Qızların itkin düşməsi barədə ərizəni polisə onların anaları verib. 
"Onlar boşanmışdılar, birlikdə yaşamırdılar. Kişi İzberbaşda, qadınla qızları isə Ulubiyaulda yayırdılar. Kişi eşidib ki, qızları analarına qulaq asmır, oğlanlarla gəzirlər, bu isə onu hiddətləndirib", - hüquq mühafizə orqanlarındakı mənbə deyib.
(səs: 4)
Şərhlər: 13
Baxılıb: 2 596
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri