Rusiyalı milyarder Mixail Qutseriyevin ikinci oğlu Səidin dəbdəbəli toy məclisi Londonda da davam edəcək.
Toyun ikinci hissəsində milyarderin yaxınları və ailəsi olacaq. Qapalı mərasimdə bu dəfə Beyons və Elton Conun iştirakı gözlənilir.
Xatırladaq ki, martın 26-sı və 27-də Moskvanın "Safisa” restoranında 28 yaşlı Səid Qutseriyevlə 20 yaşlı Xədicə Uxajovanın möhtəşəm toy mərasimi təşkil olunub. Toya Cennifer Lopes, Stinq, Enrike İqlesias, Patrisiya Kaas və Alla Puqaçoxa kimi dünya ulduzları qatılmışdı.
Cey Lo məclisdə iştirakı üçün 1 milyon avro, Stinq 500 min, Enrike 500 min, Alla Puqaçova isə 300 min avro qonorar alıblar. Xədicə öz toyu üçün təbii daşlardan tikilmiş və çəkisi 25 kiloqram olan "Ellie Saab”dan gəlinlik seçimi etmişdi.