Bakıda manyak peyda olub - Hədəf uşaqlardır

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 4 018
Səs ver:
(səs: 1)
Bakıda uşaqlara qarşı təhqiramiz hərəkətlər edən manyak peyda olub.
Bir neçə gün əvvəl 37 yaşlı qadın 8-ci Polis Bölməsinə müraciət edərək Oqtay adlı şəxsin Mikayıl Useynov küçəsində onun oğluna qarşı alçaldıcı hərəkət etdiyini deyib. Şikayətçi bildirib ki, həmin şəxs 13 yaşlı oğlanın 20 manat pulunu alıb. Daha sonra isə yeniyetmənin üzərinə təbii ehtiyacını yerinə yetirdikdən sonra pulu qaytarıb. 
Oxşar müraciətlə başqa bir qadın da polisə müraciət edib. 35 yaşlı həmin şikayətçi bildirib ki, Oqtay adlı şəxs M.Useynov küçəsində onun 11 yaşlı oğluna qarşı alçaldıcı hərəkətlər edib. Belə ki, Oqtay adlı şəxs uşağı bıçaqla hədələyərək 80 manatını alıb və daha sonra onun üzərinə təbii ehtiyacını ödəyib.
 
Artıq uşaqlara qarşı alçaldıcı hərəkətlər edən şəxsin kimliyi müəyyən edilib. Məsələ ilə bağlı araşdırmalar aparılır.
(səs: 1)
Şərhlər: 9
Baxılıb: 4 018
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri