Nadir Qafarzadənin qohumu şəhid oldu

Müəllif: Antikvar
Şərhlər: 22
Baxılıb: 4 074
Səs ver:
(səs: 1)
Tərtərdə gedən döyüşlərdə şəhid olan Novruzov Ravil Elman oğlu müğənni Nadir Qafarzadənin dayısı nəvəsi imiş.
O, bildirib ki, gözü önündə böyüyən dayısı nəvəsinin ölümünə inana bilmir: "Neçə-neçə ailələr gözüyaşlı qaldı. Mənim gözümün önündə böyüyən dayım nəvəsi də şəhid oldu. Buna inana bilmirəm. Amma şəhidlik zirvəsinə qalxmaq hər bir oğula nəsib olmur. İnanıram ki, onların qanı yerdə qalmayacaq. Mən bir müğənni kimi bu gün üzərimə düşəni etməyə çalışıram. Ötən gün prodüser Tolikin təşəbbüsü ilə rəqqasə Fatimə Fətəliyeva, müğənnilər Elton Hüseynəliyev, Aysel Əlizadə, Zemfira İbrahimova və digər həmkarlarımla birgə cəbhə bölgəsinə getdik. Əsgərlərə dəstəyimizi bu cür göstərdik. Şəhidlərin ailələrinə başsağlığı verdik. Mənim evimdə gələcəyin iki əsgəri böyüyür. Onların da gələcəkdə vətənə layiqli övlad olması üçün əlimdən gələni edirəm. Övladları şəhid olan hər bir ailəyə də başsağlığı verirəm. Vətənin başı sağ olsun".
(səs: 1)
Şərhlər: 22
Baxılıb: 4 074
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri