Təl-Əvivin sərgi mərkəzində, Avrasiya yəhudi konqressinin vitse-prezidenti Merab Yelaşvilinin varisi, böyük qızı Annanın möhtəşəm toyu keçirilib. 18 yaşlı gəlin 20 yaşlı David Mardi ilə nigaha daxil olub. İki min insan dəvət olunduğu toyun aparıcıları Valdis Pelş və Olqa Şelest olublar. Gəlinin donu Dubayda tikilib və altı min avroya başa gəlib. Toyda həmçinin məşhur rusiyalı müğənni Nikolay Baskov, Soso Pavliaşvili və amerikalı reper Rayan Lesli də iştirak ediblər. Nikolay Baskov və Soso Pavliaşvili ballada rəqsini oynayaraq, qonaqları heyran ediblər. Qeyd edək ki, ötən ilin martında Merab Yelaşvilinin qardaşı Georginin oğlunun toyu Moskvada təmtəraqla keçirilib. O zaman toyun qonaqları Filipp Kirkorov, Qriqori Leps, Tamara Qverdsiteli və gürcü ulduzu Lela Sursumiya çıxış ediblər.