Şəkillərimi xəbərsiz yollayıblar - Elza Seyidcahan şəhid ailəsi ilə - FOTOLAR

Müəllif: Antikvar
Şərhlər: 15
Baxılıb: 2 514
Səs ver:
(səs: 1)
Əməkdar artist Elza Seyidcahan şəhid olan Mahir Quliyevin ailəsinə baş çəkib. 

"İşlərimin çoxluğu ilə əlaqədar rayonlara əsgərlərimizin yanına gedə bilmədim. Ona görə də Bakıda şəhid ailəsinə baş çəkdim. Neçə gündür onun anası, bibiləri, nənələri onunla bağlı xəbər gözləyirdilər. Ailəsi pərişan halda idi. Onlara təskinlik verməyə çalışdım. Şəhidlik zirvəsi hər adama nəsib olmur. Orada olarkən fotolarımı məndən xəbərsiz çəkib, yollayıblar".

E.Seyidcahan əsgərlərə dəstək üçün cəbhədə konsert verən müğənnilərdən də danışıb. O, sənət dostlarının bu addımını alqışladığını deyib:

"Elnur Məmmədov və Qoçaq Əsgərovun Lələ Təpədə muğam oxumasını eşidəndə ağladım. Manaf Ağayev, Elnur Füzuliyə getməsəydi, onları qınayardım. O torpaqda böyüyən birinin sevincini yaşamaq üçün ora yollanmasını necə pisləmək olar? Əsgərlərimizə baş çəkən, dəstək olan bütün sənət dostlarımı alqışlayıram. "Sevinci paylaşarsan çoxalar, kədəri paylaşarsan azalar" deyimi ilə razıyam".

E.Seyidcahan "Bir yumruq olaq" şeirinə qələbə marşı yazdığını söyləyib. O, marşı yaxın günlərdə təqdim edəcəyindən xəbər verib.

 

 

(səs: 1)
Şərhlər: 15
Baxılıb: 2 514
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri