Lalə Məmmədovanın paylaşımı qalmaqal yaratdı - Bunu özbaşına etməmişik

Müəllif: Antikvar
Şərhlər: 8
Baxılıb: 1 892
Səs ver:
(səs: 1)
Əməkdar artist Lalə Məmmədovanın cəbhə bölgəsinə gedib əsgərlər üçün konsert verən sənət dostlarını pisləməsi bir çoxlarını özündən çıxarıb. 
müğənninin "Bu, Azərbaycan əsgərinə dəstək deyil. Bu, canını bizim uğrumuzda şəhid edənlərə və onların əzizlərinə hörmətsizlikdir. Səhər əsgər yoldaşını torpağa tapşıran əsgərin qol götürüb oynamasının adı nədir?" sözlərinə bir çox tanınmışlar fikir bildirib. 

Əməkdar artist Röya Ayxan L.Məmmədovanın bu ifadələrinə "Mən səninlə razıyam" deyə, şərh yazıb.
 
Prodüser Tarix Əliyev (Tolik) hər iki əməkdər artistin fikirlərinə sərt münasibət bildirib:

"Dünən bizi qınayırdılar ki, əsgərlərin yanına gediblər. Mən başa düşürəm insanlar toyu aylar əvvəl danışır. Biz də toydayıq. Amma şəkil, video paylaşmaq nəyə lazımdır? Hələ onlara "əjdahasan, supersən" yazanların sabun başına kül. Vətən dərdi çəkən heç olmasa getdiyi toyu gizlədər. Ay aman, şəkil qoymasalar, deyəcəklər toyu yoxdur". 

Prodüser yazdığı "Lalə, sən də, deyəsən, deputat olmaq istəyirsən. Rəfiqən də ad alıb, elə bilir sözü keçərlidir" fikirlərini daha sonra silib və bunun səbəbini açıqlayıb:

"Bayaq yazdığım fikrimi sildim. Çünki istəmirəm kimisə reklam edim. Amma bunlar elə bilməsinlər ki, ulduzdular".

Müğənni Nadir Qafarzadə cəbhə bölgəsinə nazirliklərin təşkilatçılığı ilə getdiklərini vurğulayıb:

"Lalə Məmmədova bizi cəbhə bölgəsində konsert verməkdə günahlandırır. Əvvəla biz bunu özbaşına etməmişik. Müdafiə, Mədəniyyət və Turizm nazirliklərinin təşkilatçılığı ilə etmişik. Bəli, o cəbhə bölgələrinə mən də getmişəm. Biz heç də toy-bayram etmirik. Bir vətandaş olaraq, borcumuzu yerinə yetiririk. Biz orada, sadəcə, oxumurduq, həm də şəhid ailələrinə baş çəkib, əlimizdən gələni əsirgəmirdik. Döyüş bölgəsində düşmənlə üz-üzə dayanıb Azərbaycanın mahnı və muğamlarını ifa edərək, ermənilərə eşitdirirdik ki, bilsinlər biz göz yaşlarına qərq olmamışıq. Şəhidlər bizim üçün ölməyib, qəlbimizdə əbədi yaşayacaqlar. Gəlin bu günlərdə bir-birimizə dəstək olaq, ittiham etməyək. Mən də şəhid vermişəm. Doğma əmim nəvəsi Ramil Novruzov. Bu yara hamımızındır. Bu gün Azərbaycan əsgərinin diqqətə, qayğıya ehtiyacı var. Bəzi şeyləri yazmayacaqdım, amma məcbur edirsiniz. Mənəvi dəstəklə yanaşı, maddi dəstəyim də olub. İndi yazın ki, Nadir özünü reklam edir".

Rəqqasə Fatimə Fətəliyeva isə hər kəsi bir olmağa səsləyib:

"Azərbaycanımızın bu günlərində hamıdan xahiş edirəm bir-birimizi qırmayaq, söz atmayaq. Bizim səhifələri ermənilər də izləyir. Kimsə nə isə edib və bunu səhv yozublarsa, buna göz yumaq. Axı bunu edən də azərbaycanlımızdır. Bu günlərdə sənət adamlarını tənqid etməyək".

Qeyd edək ki, müğənnilər Nadir Qafarzadə, Ayaz Qasımov, Kərim Abbasov, Sevil Səfərova, Rəqsanə İsmayılova və rəqqasə Fatimə Fətəliyeva cəbhə bölgəsində konsert verib.
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 1 892
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri