Aygün Kazımova ağır xəstəliyə tutulub

Müəllif: Antikvar
Şərhlər: 11
Baxılıb: 3 913
Səs ver:
(səs: 0)
Xalq artisti Aygün Kazımova ağır xəstəliyə tutulub.
Bu barədə müğənni Natavan Həbibinin vəkili Fərid Həsənov açıqlamasında bildirib.
Belə ki, xalq artistinin ölkədən çıxışına qadağa qoyulduğu halda Aygün Kazımova sosial şəbəkədəki hesabından Türkiyəyə getməsi ilə bağlı paylaşdığı foto müzakirələrə səbəb olub.
"Gedirəm, amma ürəyimi vətəndə qoyuram. Vətən mənim özümdür, onsuz heç nəyəm", - deyə müğənni İnstaqram hesabında yazıb.
N.Həbibinin vəkili Fərid Həsənov qeyd edib ki, dekabr ayından etibarən xalq artistinin sözügedən qadağası ləğv edilib:
"Dekabr ayında Aygün Kazımovanın vəkili Ədliyyə Nazirliyinin İcra şöbəsinə müraciət edib. Quruma xalq artistinin ağır xəstə olması barədə sənəd təqdim edilib. Müğənninin müalicəsinin ölkə daxilində mümkün olmadığı bildirilib. Çox ağır xəstəliyə tutulub, ona görə də təcili xaricə getməlidir. İcra haqqında qanuna görə, şöbənin belə bir səlahiyyəti var ki, onun qadağası ləğv edilsin.
Biz də dedik ki, ehtiyac varsa, getsin. Sağlamlıq hər şeydən önəmlidir. İcrada sənətçinin ağır xəstəliyi barədə arayış var, ekspertlər yoxlayıb, Aygün Kazımovanın xəstə olması sübuta yetirilib. Xəstləyinin adını isə açıqlaya bilmərəm".
Qeyd edək ki, bir müddət əvvəl xalq artisti Aygün Kazımova ilə müğənni Natavan Həbibi arasında məhkəmə davası olmuşdu.
Natavan Həbibinin vəkili Fərid Həsənov açıqlamasında Bakı Apellyasiya Məhkəməsində xalq artisti Aygün Kazımovanın apellyasiya şikayətinə baxıldığını söyləmişdi.
Vəkil iş üzrə məhkəmə prosesləri başa çatdığı üçün Aygün Kazımovanın ölkədən çıxışı rəsmən qadağan edildiyini bildirmişdi.
(səs: 0)
Şərhlər: 11
Baxılıb: 3 913
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri