Məni hər obrazda görüblər, amma belə yox - Aygün

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 1 685
Səs ver:
(səs: 2)
Xalq artisti Aygün Kazımova imicində qeyri-adi dəyişiklik edəcək.

Müğənni "Star life” verilişinə açıqlamasında hər kəsi təəccübləndirəcəyini iddia edib: 

"Çox gözlənilməz bir fotosessiya olacaq. Növbəti mahnımla əlaqədardır. Məni hər obrazda görüblər, amma belə yox. Özüm də o layihənin təqdimatını səbirsizliklə gözləyirəm. Maraqlıdır ki, sevənlərim bu cür Aygünə necə reaksiya verəcəklər”.

A.Kazımova mahnılarını heç kimə həsr etmədiyini söyləyib:

"Hələ mahnı sözləri yazmıram. Ona görə də oxuduğum sözlər mənə aid deyil. Bəstəkar bilir kimə yazır. Müğənnini imicini, tərzini nəzərə alır. Sıradan mahnılar mənə yapışmır. Seçəndə səhnədə obraz yarada biləcəyim, maraqlı mahnılar seçirəm. Ona görə də mahnılarım dinləyicilərə atmacalı gəlir. Bir yeni mahnım var, adı "Orasına-burasına”dır. Amma dinləyəndə deyəcəklər ki, ad hara, mahnı hara”.
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 1 685
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri