Türkiyədəki evlilik proqramları bağlanır - Əxlaqsızlıq yuvasıdır...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 14
Baxılıb: 3 473
Səs ver:
(səs: 2)
Türkiyənin Ali Televiziya Qurumu RTÜK evlilik proqramları ilə bağlı ciddi qərarlar verəcəyini açıqlayıb.

Uzun müddətdir qalmaqalları və qeyri-etik görüntüləri ilə müzakirə olunan, medianın diqqətindən düşməyən proqramlarla bağlı tamaşaçıların da şikayətləri çoxalıb.

Son olaraq fərqli kanallarda aparıcı olan Zuhal Topal və Seda Sayan arasındakı qalmaqalın silah təhdidinə çevrilməsi, mübahisəyə Esra Erolun da qatılması məsələni ciddi şəkildə böyüdüb.

Dünən isə Z.Topalın proqramında gəlin namizədin digər iştirakçıdan hamilə qalması gündəmə düşmüşdü. RTÜK isə "evlilik kimi müqəddəs bir mövzunu insanlar qarşısında ayaqlar altına atan" proqramları ya birdəfəlik yayımdan qaldıracaq, ya da onlarla bağlı çox sərt qərarlar verəcək.

Qurumun yaxın günlərdə qərarını açıqlayacağı gözlənilir. Medianın məşhur yazarları bu proqramların "əxlaqsızlıq yuvasına" döndüyünü yazırlar.
(səs: 2)
Şərhlər: 14
Baxılıb: 3 473
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri