Özü özünə ərə getdi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 13
Baxılıb: 2 380
Səs ver:
(səs: 2)
Bugünlərdə dünyanın ən qəribə hərəkətlərinin siyahısı hazırlanıb. 
Bunların sırasına Londonda yaşayan Qreys Qedler adlı qız başçılıq edir. Belə ki, bu qız özü özünə ərə gedib. 24 yaşlı qızın dediyinə görə, bu ideya onun ağlına island müğənni Byorkun "İzabel" mahnısını dinləyərkən gəlib. "Həmin anı yaxşı xatırlayıram. Perfomans sənətini öyrənirdim, 18 yaşım vardı və bu mahnını eşitdim. "Mənim adım İzabeldir, özüm özümlə evliyəm". Həmin vaxtdan bəri mahnı beynimdə idi", - Qreys deyib.
Həmin vaxtdan 6 il sonra Qreys özü ilə evlənmək fikrinə düşüb.
Dediyinə görə, ailə üzvləri, qohumları və dostları bu fikri normal qarşılayıblar: "Valideynlərim çılğın təbiətimə alışıblar. Dostlardan bəziləri belə qərarın eqoizm olduğunu desələr də, məni dəstəklədilər". 
Qreys Qedlerin Devonşirdəki toyunda 50 qonaq vardı və bu, nikahda həm "bəy", həm "gəlin" olan qızı çox təəccübləndirib. 
"Bu qədər adamı görəndə çaşdım. Ən uzağı 20 nəfəri görəcəyimi düşünürdüm. Yeni statusum əla hisslər bəxş edib. İndi sakitəm, özümə güvənirəm. Fəqət, bundan sonra kiməsə ərə gedəcəyimi istisna etmirəm", - Qrey Qedler söyləyib.
(səs: 2)
Şərhlər: 13
Baxılıb: 2 380
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri