Qadın üçün bu çətindir - Gülay

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 2 276
Səs ver:
(səs: 0)
Müğənni Gülay Zeynallı yeniliklərindən xəbər verib. 

Söhbətində sənətçi Hacı Nazimin yeni bəstəsini oxuyacağını deyib:

"Yeni mahnı hazırlayıram. Musiqisi Hacı Nazimə məxsusdur. "Sənsizləmişəm" adlanır. Aranjimanı Fərid İman edib. Çox gözəl bir mahnıdır. Uğurlu alınsa, klip də çəkdirəcəm. Yerli rejissorlarla işləyəcəm, xeyri həmyerlilərimizə verməyi xoşlayıram. Aygün Bəylərin, Şövkət Ələkbərzadənin repertuarından heç kimin səsləndirmədiyi dörd mahnını yeni aranjimanda oxuyacam".
 
G.Zeynallı idmançı həyat yoldaşı Kamil Zeynallının aktyorluq və aparıcılıq etməsindən danışıb. İfaçı "Sizi niyə həyat yoldaşınız kimi başqa sahələrdə görmürük" sualına belə cavab verib:

"Kişi elə məxluqdur ki, nə istəsə edə bilər. Milli ab-havasını, xanımlığını qoruyub saxlayan bir qadın üçün çətindir. Mənə 3-4 il əvvəl Həcər obrazı təklifi gəlmişdi, alınmadı. Belə filmlər olsa razılaşaram. Amma aparıcılıq bilmirəm. Gərək o qədər yaxşı olsun ki, sənətimə zərər gətirməsin. Əziyyət çəkə-çəkə bu səviyyəyə gəlib çıxmışam". 

G.Zeynallı bir müddət əvvəl sosial şəbəkədə geyimlərini satıb, kimsəsizlərə yardım etməsi ilə bağlı başladığı kampaniyanın aqibətindən söz açıb:

"Bu işlə işçim məşğul olurdu. Nə qədər geyimlər var idi, hamısı satılıb. Hara gedirəm onu soruşurlar. Sevənlərim çoxdur, ona görə də iş uğurlu alındı. Tək əldən səs çıxmaz. Gərək digər sənət dostlarım da bu işə qoşulardı. Hansının qarderobunu açsan, yüzlərlə geyinmədiyi libas var. Bu addımımı qınayanlar da çox oldu. Amma mənim üçün heç kimin fikri əsas deyil. Özümə nə rahatdırsa, elə edirəm".
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 2 276
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri