Eurovision təmsilçimizin gizli toyundan - fotolar+video

Müəllif: Mr. OffiCeR
Şərhlər: 18
Baxılıb: 3 829
Səs ver:
(səs: 1)
"Eurovision 2013” təmsilçimiz Fərid Məmmədov ötən gün paytaxt məkanlarının birində özünə toy edib. 

Nigar adlı xanımla nikah masasına oturan Fərid özəl gününə şou-biznesdəki dostlarını çağırmayıb. Toyun aparıcı müğənnisi Səməd Səmədov olub. Restoranın fotoqraflarına və gələn qonaqlara bəy və gəlinlə şəkil çəkdirməmək tapşırığı verilib. Toy isə naməlum səbəblərdən tez, 22:30-da başa çatıb. Bunun səbəbini öyrənmək isə mümkün olmayıb.
 
F.Məmmədovun toyuna müəllimi əməkdar artist Aybəniz Haşımova belə dəvət olunmayıb. Əvəzində toyda iştirak edənlər arasında rəqqasə Fatimə Fətəliyeva, müğənni Vüqar Muradov olub.  
Qeyd edək ki, F.Məmmədov "Eurovisin 2013” mahnı müsabiqəsində "Hold me" adlı mahnını ifa edərək yarışmada 2-ciliyi qazanmışdı.

[media=https://www.youtube.com/watch?time_continue=45&v=Mq5jTrjWQwo]






(səs: 1)
Şərhlər: 18
Baxılıb: 3 829
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri