Həyat sevgili olduğumuz günlərdəki kimi keçmir - İradə İbrahimova

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 1 823
Səs ver:
(səs: 2)
Müğənni İradə İbrahimova ailə qurmasından 7 il ötdüyünü bildirib. 

İfaçı həyat yoldaşı Ceyhun İzerlə fotosunu paylaşaraq təəssüratlarını bölüşüb:

"Bu gün bizim 7 ilimizdir. Yaxşı gündə, pis gündə, xəstəlikdə, sağlıqda bərabər olacağımıza söz vermişdik. Həqiqətən də həyat hər zaman sevgili olduğumuz günlərdəki kimi keçmir. Evlənəndə etdiyiniz andlar nə qədər vacib imiş. Hər ikimizin ailəsində itkilərimiz, cənazələrimiz, doğumlar, toylar, üzüntülər, xoşbəxtliklər yaşayarkən həm sevgimizi böyütdük, həm də özümüz böyüdük. Ana-ata olduq, çoxaldıq, rəngləndik, daha da zənginləşdik. İnşallah əl-ələ hüzurla yaşlanaq".

Qeyd edək ki, hazırda İstanbulda yaşayan İ.İbrahimovanın bir qız, bir oğlan övladı var.
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 1 823
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri