Bu gün “Beynəlxalq Yer günü”dür

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 1 628
Səs ver:
(səs: 0)
22 aprel – "Beynəlxalq Yer günü”dür. Beynəlxalq "Yer günü”nün keçirilmə ənənələri 19-cu əsrin ikinci yarısına təsadüf edir. Belə ki, o dövrdə Amerika Birləşmiş Ştatlarının Nebraska ştatının sakini Corc Morton yaşıllaşdırma gününün keçirilməsini təklif edib və 1882-ci il 22 aprel tarixi Nebraska ştatında "Ağac günü” elan olunaraq bayram günü kimi qeyd edilməyə başlanıb.
1970-ci ildən isə ABŞ-da, ekoloji fəallardan olan senator Geylord Nelsonun təklifinə əsasən, ekoloji problemlərə, ətraf mühitin çirklənməsinə, təbii mühitin əhəmiyyətinə diqqəti artırmaq məqsədilə həmin günün adı dəyişdirilərək "Yer günü” adlandırılıb. 
1990-cı ildən başlayaraq "Yer günü”nün əsas mövzusu təbii mühiti ilkin formada qoruyan Milli Parklara həsr edilib. Məqsəd, xüsusi mühafizə olunan təbiət ərazilərində mövcud olan problemlərə, həmin problemlərin həll edilməsi üçün real praktiki və maliyyə yardımının göstərilməsinə ictimaiyyətin diqqətini cəlb etməkdir.
Tədricən bu bayram beynəlxalq xarakter alıb, hazırki dövrdə 150-yə yaxın ölkədə, o cümlədən Azərbaycanda qeyd olunur. "Yer günü” ərəfəsində insanlar müxtəlif ekoloji tədbirlərdə iştirak etməklə ağaclar əkir, yaşıllıqlara qulluq edir, yaşadıqları əraziləri müxtəlif tullantılardan təmizləyir. Ekoloqlar ətraf mühitin sağlamlaşdırılmasına yönələn kütləvi aksiyalar keçirməklə əhalini ətraf mühitin mühafizəsi sahəsində daha fəal olmağa çağırır. 
22 aprel "Yer günü”ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hər il müxtəlif tədbirlər həyata keçirilir, ətraf mühitin mühafizəsi sahəsində ictimaiyyət arasında təbliğat işləri aparılır. 
Bu il də beynəlxalq "Yer günü” ilə əlaqədar paytaxtda və regionlarda yerli ictimaiyyətin nümayəndələrini cəlb etməklə iməciliklər keçiriləcək, yaşıllıqlara qulluq göstəriləcək. Bu ərəfədə təhsil müəssisələrində məktəbli və tələbələrlə ekoloji təbliğat xarakterli dəyirmi masalar, görüşlər, seminar məşğələlərin təşkil edilməsi  nəzərdə tutulur.
Yaşıllıqlara qulluq edilməsi, təmizlik, abadlıq missiyasını özündə əks etdirən "Yer günü” ərəfəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirilən tədbirlərdə ictimaiyyət nümayəndələrini fəal iştirak etməyə çağırır.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 1 628
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri