Bu tarz benimin məşhur iştirakçısından etiraflar: Dözə bilmirdim... - fotolar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 3 035
Səs ver:
(səs: 1)
"Bu tarz benim" yarışması ilə məşhurlaşan Nur Bozar "Renkli sayfalar" proqramında maraqlı açıqlamalar edib.

Evli və bir uşaq anası olan Nur yarışma haqda bunları deyib:

- Oradan artıq 2 ildir ayrılmışam. Sonra evləndim, qızım Kumsal dünyaya gəldi. Amma bunlara rəğmən insanlar məni izləməyə davam etdilər.
- Yarışmadan sonra mənə gələn ən gözəl təklifi qəbul etdim. Həyat yoldaşımdan gələn təklifi dəyərləndirdim.
- Həyat yoldaşıma qarşı çox dəqiq və dürüst davrandım. O, mənə çox güvənirdi, mən də ona çox güvənirdim. Şükürlər olsun, sonumuz gözəl oldu.
- Moda dünyası çox müxtəlifdir, bəzi nüansları heç mənlik deyil. Mən ona yaxın, amma o qədər də aralı yaşamağa çalışıram.
- Həssas davranaraq irəli getsəm, həm özüm, həm də ailəm üçün ən doğrusu olacaq.
- Yarışmada pis və yaxşı günlərimiz oldu. Amma mənə çox şey qatdı...
- Efirdə gördüyünüz qədər münsiflərlə bir yerdəydim, sonrasında isə onlarla vaxt keçirmədim. Hər hansı birini çox ya az sevə biləcəyim bir hal alınmadı.
- Yarışmadan sonra heç bir videonu izləyə bilmədim. Hətta verilişin başındakı musiqini eşidəndə dözə bilmirdim. 1 il belə davam etdi. Psixoloji olaraq çətin zamanlar idi. Oradan heçkimlə görüşmürəm. Keçmişi geridə qoydum. Ana olmaq insana fərqli baxmaq imkanı yaradır. Məni incidən insanlara hətta "salam" deyib keçirəm.

 

 

 

 

(səs: 1)
Şərhlər: 10
Baxılıb: 3 035
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri