Onlar çəkilişdən çəkilişə üzlərini yuyurlar... - FOTOSESSİYA

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 383
Səs ver:
(səs: 1)
Günel Hümbətovanın müsahibəsini təqdim edirik:
- Biz sizi şou-maqazin verilişləri ilə tanımışıq. Siz isə realiti şou - "Yeni həyat" verilişi ilə efirə qayıtdız. Şou -maqazin verilişlərindən uzaq qalmağınızın səbəbi nədir?
- Aparıcılıq sənətinə ilk ərəfələrdə maqazin tipli verilişlərlə başlamışam, özüməməxsus tərzdə aparmışam. Məncə, artıq o çərçivəyə sığmıram.
"Dedikləri sözlər bir-birinin boğazlarından keçmir"
 
- Sizin layihədə adətən qalmaqallara, mübahisələrə də rast gəlinir. Bu gərginliyin əvvəlcədən hazırlandığı iddia olunur. Buna münasibətiniz necədir?
- "Yeni həyat" verilişi realiti şoudur, iştirakçılar bir aydan çoxdur ki, eyni evdə yaşayırlar. İstər-istəməz hansısa mübahisələr olur ki, bu da normal bir şeydir. Pəhrizlər tutulur, əsəblər tarıma çəkilir, dedikləri sözlər bir-birinin boğazlarından keçmir. Nəticədə qalmaqal yaranır. Dünya təcrübəsində də belədir, bu tipli layihələr qalmaqalsız ötüşmür. Çalışırıq ki, mübahisələri qalmaqalsız yoluna qoyaq.
 
- Təəssüflər olsun ki, indi layihə rəhbərləri, aparıcılar reytinq uğruna bir neçə üsula əl atırlar. Buna insanların problemlərindən şou yaratmaq, davalar salmaq, qəsdlə bir neçə saxtakarlığa yol verməyi misal çəkə bilərik. Siz reytinq qalxsın deyə hansısa üsullara əl atmısız?
- Mən reytinq xatirinə aparıcılıq etdiyim müddətdə heç vaxt belə şeylərə əl atmamışam.
"15 kq-dan çox çəki atmışam..."
 
- Ana olmamışdan qabaq artıq kiloya sahib olmuşduz. Siz necə, arıqlamaq üçün "Yeni həyat" tipli realiti şouya qatılardız?
- Bəli, 15 kq-dan çox çəki atmışam, müxtəlif pəhrizlər tutmuşam. O ki, qaldı yarışmaya... Bəlkə də artıq çəkili insanların yarışdığı realiti şouya qatılardım.
"Həyat yoldaşım üçün darıxmağıma gətirib çıxardır, qədrini bilməyə kömək edir"
 
- İki ölkədə yaşayırsız (ABŞ və Azərbaycan). Təcrübə göstərir ki, sərhədlər həm işdə, həm də ailə münasibətlərində problemlər yaradır. Sizə iki ölkə arasında qalmaq nə kimi maneələr və problemlər yaradır?
- İki ölkə arasında qalmaq problem yaratmır. Ölkəmi çox sevirəm. Ona görə düşünürəm ki, bir dəfəlik Amerikaya köçə bilmərəm. Sərhədlərin olmağı həyat yoldaşım üçün darıxmağıma gətirib çıxarır ki, o da bir-birimizin qədrini bilməyə kömək edir. Axı deyirlər ki, uzaq məsafələr zəif münasibətləri yox edir, güclüləri isə daha da gücləndirir (gülür). Həm də qızım çox balacadır, istəyirəm ailəmin, doğmalarımın əhatəsində daha çox vaxt keçirsin. Əsas da anamla... Axı qızım onun ilk nəvəsidir.
 
- TV aləmində aparıcıların savadı və bacarığından çox xarici görünüşü və məşhurluğuna görə maaşlar təyin olunur. Sizcə, bunun səbəbi nədir?
"İndi isə kifayət qədər yaxşı qonorar alıram"
- Bunu ilk dəfə sizdən eşidirəm. Mən ilk dəfə 250 manat maaşla işə başlamışam. O vaxt 106 FM radiosunda çalışırdım. İndi isə kifayət qədər yaxşı qonorar alıram. İstər "Yeni həyat" layihəsindən, istərsə də Avto FM radiosundan... Sağ olsunlar, işimi yüksək qitməyləndirirlər. Məzim özüm də zəhmətkeş insanam. Radiodakı efir üçün artıq illərdir səhər tezdən 7-də oyanıram.
 
- Son layihəniz 3 ay müddətində yayımlanacaq. Yeni bir layihə üzərində işləmisiz, Yoxsa ABŞ-a qayıtmağı düşünürsüz?
- Planımda bir neçə layihə var. Hətta Nyu-Yorkdan birbaşa çəkilib yayımlanması nəzərdə tutulan layihələrdə mövcuddur.
"Bir çox məşhurlar insanlar arasına rahat çıxa bilmirlər"

- Bir neçə tanınmış simalar var ki, başqa ölkədə yaşaya bilmədiklərini, tez-tez depresiyaya düşdüklərini bildiriblər. Sizdə necə, bu kimi hadisələr baş verib?
- Mən azad insanam, harada olmağımdan asılı olmayaraq özümü yaxşı hiss edə bilirəm. Çünki nikbin və pozitivəm. Bir çox məşhurlar dünya praktikasına görə gizlənirlər, rahat insanlar arasında çıxa bilmirlər. Bu bizdə də belədir, amma mənim belə bir problemim yoxdur. İdman geyimini geyinirəm, arada şəhərə gəzməyə çıxıram.
"Çəkilişdən çəkilişə üzlərini yuyurlar, taxma kipriklərlə yatıb-dururlar"
 
- Adətən barmaqla sayılacaq məşhur simalar var ki, makiyajsız halda küçəyə çıxır, fotolar paylaşır. Siz də bu məşhurlar sırasındasız. Bu mövzu ilə bağlı kompleksiniz yoxdur?
- Qətiyyən kompleksim yoxdur, sərbəst insanam. Makiyajdan, göstərişli geyimlərdən yalnız çəkilişlərdə istifadə edirəm. Məndən olsa verilişlərə də makiyajsız çıxaram. Amma bir çox aparıcılar, müğənnilər çəkilişdən çəkilişə üzlərini yuyurlar, taxma kipriklərlə yatıb-dururlar. Mən onları anlaya bilmirəm.

 

 

 

 

(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2 383
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri